Icma.az
close
up
RU
Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün "Sürətli Keçid Kartı"nın satışına başlayır.

BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, "Sürətli Keçid Kartı"nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı "ASAN xidmət" mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqəsindən əldə etmək mümkündür.

"Sürətli Keçid Kartı"nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

"Sürətli Keçid Kartı" içərisində xüsusi çip yerləşdirilmiş kiçik bir kartdır. Ödənişli yoldan istifadə zamanı, ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu çipdəki məlumatları avtomatik olaraq oxuyur.

Kartları düzgün istifadə etmək üçün avtomobilin ön alın şüşəsinə kartı qoruyucu lentdən ayıraraq, qeyd olunan standartlar (ön alın şüşəsinin sağ künc hissəsində) əsasında yerləşdirmək kifayətdir.

"Sürətli Keçid Kartı"nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.tollroad.az və ya www.odenisliyol.az saytına müraciət etmək olar.

Kartın balansını satış məntəqələrində və yaxud onlayn şəkildə artırmaq mümkündür. Onlayn balans artırmaq üçün www.tollroad.az və ya www.odenisliyol.az saytına daxil olmaq, "Balans artırma" bölməsinə keçid etmək, "Sürətli Keçid kartı"nın alışı zamanı sizə təqdim olunmuş qeydiyyat məlumatlarından istifadə edərək, fərdi hesaba daxil olmaq, bank kartı vasitəsilə ödəniş etmək lazımdır

Balans artırma və "Sürətli Keçid kartı"nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.

"Sürətli Keçid kartı"nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda yuxarıda qeyd olunan satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Bundan əlavə yaranmış çətinliklərlə bağlı dəstək xidməti fəaliyyət göstərir. Xidmətə www.tollroad.az, www.odenisliyol.az web saytları üzərindən müraciət edə və ya [email protected] email ünvanına elektron məktubla məlumat vermək olar. Həmçinin *1009 Qaynar xəttinə də müraciət etmək mümkündür.

1 ay ərzində Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm "Sürətli Keçid Kartı" əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkün olacaq. Qeyd olunan müddət bitdikdən sonra isə ödənişli yoldan yalnız "Sürətli Keçid Kartı"nın sahibləri istifadə edə biləcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri