Namaz qılıb oruc tutmasam da... İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İçkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.
O, bu barədə videoaçıqlama yayıb.
“Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olub. Din əhlindən üzr istəyirəm”, - deyə o, söyləyib.
Qeyd edək ki, H.Eyvazovun eyni zamanda Füzuli RİH-də sürücü işlədiyi deyilsə də, qurumdan onun uzun müddətdir RİH-də çalışmadığı bildirilib. İcra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova isə həyat yoldaşının gündəm olan videosundan sonra işdən ayrılmaq üçün ərizə yazıb/Qafqazinfo
***
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun sosial şəbəkələrdəki qalmaqallı görüntüləri hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, içkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Habil Eyvazov barəsində araşdırma başladılıb. Belə ki, Habil Eyvazov bu gün Füzuli rayon polis şöbəsinə çağırılıb. Onun barəsində müvafiq izahat alınıb və hazırda əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar davam etdirilir.
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 19 Yanvar 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















