Icma.az
close
up
RU
Azərbaycanda oftalmologiya elminin inkişafı

Azərbaycanda oftalmologiya elminin inkişafı

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi və tibb elmi qarşısında xidmətləri çox zəngindir. Azərbaycanda oftalmologiya elminin inkişafı akademik Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu əla qiymətlərlə bitirib.

Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir.

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım Əliyeva həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənərək, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətini hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir:“Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.

Qeyd edək ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva eyni zamanda övladlarına qayğıkeş ana, ümummilli lider Heydər Əliyevə vəfalı ömür-gün yoldaşı olub.

Zərifə xanım Əliyevanın həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi və kamillik məktəbidir.

Mansur QULİYEV,

YAP Ağdam rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri