Azərbaycanda ondan ölənlərin sayı kəskin artıb Bu nə xəstəlikdir belə?
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son 6 ildə Azərbaycanda sinir sistemi xəstəliklərindən ölənlərin sayında ciddi artım müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, rəsmi statistikaya əsasən, 2020-ci ildə bu xəstəliklərdən 740 nəfər vəfat edib.
Bir il sonra isə bu rəqəm 2520-yə yüksəlib. Növbəti illərdə də göstərici yüksək səviyyədə qalıb: 2022-ci ildə – 2455 nəfər, 2023-cü ildə – 2146 nəfər, 2024-cü ildə – 2286 nəfər. pizza hut
Sinir sistemi xəstəliklərinin yaranması həm daxili, həm də xarici faktorların kompleks təsirindən asılıdır. Genetik meyllilik və yaşlanma prosesi neyronların degenerasiyasına yol açaraq Alzheimer və Parkinson kimi xəstəliklərin riskini artırır.
Fiziki zədələr, baş və onurğa beyni travmaları sinir liflərini birbaşa zədələyərək funksional pozulmalara səbəb olur. Meningit və ensefalit kimi infeksiyalar, eləcə də immun sisteminin öz hüceyrələrinə hücum etdiyi autoimmun proseslər də sinir sistemində ciddi iltihabi fəsadlar törədir.
Digər tərəfindən, yüksək qan təzyiqi və şəkərli diabet kimi damar problemləri beyin qan dövranını pozaraq insulta zəmin yaradır. Nəhayət, xroniki stress, zərərli vərdişlər, yuxusuzluq və ekoloji toksinlər də sinir hüceyrələrini zəhərləyərək ümumi patologiyaların inkişafını sürətləndirir.
Baxış sayı:124
Bu xəbər 06 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















