Icma.az
close
up
RU
Azərbaycanda otel niyə bahadır? “Çay dəsti 20 manata belə verilsə, dolu olacaq, çünki...”

Azərbaycanda otel niyə bahadır? “Çay dəsti 20 manata belə verilsə, dolu olacaq, çünki...”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Otellərdəki qiymətlər bazar iqtisadiyyatına əsaslanır”. 

Bu sözləri turizm üzrə ekspert Əziz Şiriyev “Cebheinfo.az”- açıqlamasında deyib. O, otellərdəki qiymətlərin baha olmasının səbəblərindən danışıb: 

“Əslində, otellərdə qiymətlər tələb-təklif əsasında formalaşır. Məsələn, bayram ərəfələrində qiymətlər daha yüksək olmasına baxmayaraq, otellərdə boş otaq tapmaq olur. Hətta bayramdan 1 həftə əvvəl belə mənzərə dəyişmir. 

Deməli, tələb var ki, bu qiymətlər təklif olunur. Nəticədə, hər dəfə qiymətlər daha da artır. Çünki sahibkar qazanmaq istəyir. Üstəlik, otellər özəl sahə sayılır. Sahibkara hansısa irad bildirdikdə isə pandemiya zamanı maddi cəhətdən çətinlik çəkdiyini deyir”. 

Ekspertin sözlərinə görə, otellərin təklif etdiyi qiymətlər bazarın tələbatına uyğun olaraq müəyyənləşir: 

“Qiymətlərin yüksək olmasına baxmayaraq, bütün 5 ulduzlu otellərdə doluluq səviyyəsi də yüksəkdir. Bu da qiymətlərin bazarın tələbatına uyğun olduğunu göstərir. Lakin insanlara 4 ulduzlu normal otellərə də getməyi tövsiyə edirəm ki, 5 ulduzlu otellərin qiymətinin qalxmasına səbəb olmasınlar. 

Çünki istər-istəməz 5 ulduzlu otellərdə doluluq səviyyəsi yüksək olanda, qiymət artımı qaçılmaz olur. Həmçinin, hazırda ölkəmizdə keyfiyyətli 5 ulduzlu otellərin sayı kifayət qədər az olması da qiymətlərə təsir edir. Rəqabətin olmaması qiymətlərin formalaşmasında özünü göstərir”. 

Əziz Şiriyev otellərin yeməkxana menyularındakı qiymətlərin yüksək olması barədə isə bunları söyləyib: 

“Otellərin yeməkxanalarındakı qiyməti də təlabata buna uyğun olaraq artır. Bu gün Bakıda olan ən yaxşı restoranlarda çay dəsti 20 manata belə verilsə, ora dolu olacaq. Lakin bəzi otellər və restoranlar öz keyfiyyətini saxlamaq üçün buna uyğun qiymətlər təyin edir. 

Çünki yalnız ailələrin və ya otelə uyğun insanların gəlməsini istəyirlər. Ölkəmizdə kifayət qədər otel və restoran var. Kimin büdcəsi nəyə çatırsa, orada da istirahət edə bilər”. 

Mütəxəssis otelə getmək istəyənlərə tövsiyə də verib: 

“Yerli vətəndaşlara turizm şirkətlərinin hazırladıqları bir neçə günlük turlardan faydalanmağı tövsiyə edirəm. Çünki turizm şirkətləri otellərlə mütəmadi şəkildə çalışdıqlarına görə münasib qiymətlər əldə edə bilirlər. 

Turizm şirkətləri otellərdən 1-2 deyil, minimum 10-15 otaq götürdüklərinə görə daha münasib qiymətlə razılaşırlar. Buna əsasən də tur paketləri hazırlanır. Nəticədə, turizm şirkətlərinə müraciət edən vətəndaşlar 4 və ya 5 ulduzlu otellərdə daha uyğun qiymətə yaxşı istirahət edə bilərlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: otel Əziz Şiriyev qiymət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri