Icma.az
close
up
RU
Azərbaycanda ötən il təbii inhisar subyektlərinə dair 1 400 ə yaxın müraciətə baxılıb

Azərbaycanda ötən il təbii inhisar subyektlərinə dair 1 400 ə yaxın müraciətə baxılıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı 1 392 müraciətə baxıb.

525.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bunlardan 409 müraciət təmin edilib, 659 halda vətəndaşlara izahat və tövsiyə verilib, 52 müraciət aidiyyəti orqana göndərilib, 134 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 2 halda sənədlər təqdim edilmədiyi üçün müraciətlərin baxılması dayandırılıb, 132 müraciət üzrə isə araşdırmalar davam edir.

Dövlət nəzarəti çərçivəsində istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilmiş vəsaitin ümumi məbləği 3,1 milyon manat təşkil edib.

“Alliance Logistics” və “Caspian Rail” MMC-lərin, “Azərbaycan Dəmir Yolları” QSC-nin konteyner daşımaları sahəsində haqsız rəqabət və ayrı-seçkiliyə yol verdiyi, əməkdaşlıqdan əsassız imtina etdiyi müəyyən edilib.

Araşdırmalar nəticəsində “Azərbaycan Dəmir Yolları” barəsində antiinhisar qanunvericiliyinin pozulması faktları təsdiqlənib. “Antiinhisar fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilib.

Bunun əsasında “Azərbaycan Dəmir Yolları”na, qanun pozuntularını aradan qaldırmaq, qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilmiş 246,2 min manat gəliri dövlət büdcəsinə ödəmək, fəaliyyətini antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaq barədə göstəriş verilib.

Təbii inhisar subyektlərinin istehlakçıların hüquqlarına və rəqabət mühitinə mənfi təsir edən fəaliyyətləri araşdırılıb və tədbirlər görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri