Icma.az
close
up
RU
Ötən il istehlakçı hüququna dair 8 minə yaxın müraciətə baxılıb

Ötən il istehlakçı hüququna dair 8 minə yaxın müraciətə baxılıb

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması və bazara nəzarətlə bağlı 7 979 vətəndaş müraciətinə baxıb.

Bakıavxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, 2 702 müraciət təmin edilib, 66 halda araşdırma aparılıb, lakin iddia edilən hallar təsdiqini tapmayıb, 3 642 vətəndaşa müvafiq izahat və tövsiyə verilib, 826 müraciət baxılması üçün aidiyyəti orqanlara göndərilib, 130 müraciət tələb olunan sənədlər təqdim edilmədiyindən araşdırılmayıb, 35 müraciət işə alınmayıb, 663 müraciət üzrə araşdırmalar isə davam etdirilir.

Baxılmış müraciətlərin 4,6%-i qida məhsulları, 48,8%-i qeyri-qida məhsulları, 43,5%-i xidmətlər, 1,6%-i səhiyyə (dərman vasitələri və tibbi avadanlıqlar), 1,7%-i isə digər sahələrlə bağlı olub.

İstehlakçıların hüquqlarının qorunması çərçivəsində görülən tədbirlər nəticəsində 435,6 min manat vəsait istehlakçılara qaytarılıb.

Vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlar əsasında 25 hüquqi və fiziki şəxs barəsində ümumilikdə 48 inzibati xəta protokolu tərtib edilib və müvafiq tədbirlər görülüb.

İnzibati tənbeh tədbirlərinə əsasən, 5 istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər müqaviləyə daxil edilib, halda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydaları pozulub, 26 halda malın (xidmətin) ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı istehlakçıların az miqdarda aldadılması müəyyən edilib, 5 halda istehlakçı hüquqlarının və ticarət qaydalarının pozulması ilə bağlı icra orqanının qanuni yazılı tələbləri yerinə yetirilməyib, 1 halda dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən baha satılıb. 6 halda qiymət intizamı pozulub. Bu hallara menyunun düzgün tərtib olunmaması və satılan məhsulların üzərində qiymətlərin xarici valyutada göstərilməsi daxildir.

Hüquqi şəxslərlə bağlı işlər məhkəməyə göndərilib, fiziki şəxslər barəsində isə inzibati tənbeh tədbirləri tətbiq edilib.

İstehlak bazarında aparılan monitorinqlər zamanı 18 müəssisə tərəfindən idxal olunan 53 adda qeyri-ərzaq mallarının etiketində Azərbaycan dilində istehlakçılar üçün zəruri məlumatların olmadığı müəyyən edilib.

Bu pozuntuların aradan qaldırılması məqsədilə həmin müəssisələrə xəbərdarlıq məktubları göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Mart 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri