Icma.az
close
up
RU
Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?

Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatının müzakirəsindən sonra Azərbaycanda qohum evliliklərinin sayındakı artım yenidən gündəmə gəlib. Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, insanların çoxu qohumlar arasında nikahlarının ləğvi ilə bağlı dəyişikliyə hazır deyil: “Bir il ərzində sürətli şəkildə evlənmə halları baş verdi”.

Bəs görəsən, son aylarda və illərdə qohumlar arasındakı nikahların dinamikası necə dəyişib?

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari ilin yanvar ayında 252, fevral ayında 131, mart ayında 176, aprel ayında isə 139 bioloji qohumluğu olan şəxslər arasında nikah qeydə alınıb.

Vurğulanıb ki, 2024-cü ilin yanvar ayında 155, fevral ayında 113, mart ayında 116, aprel ayında 111, may ayında isə 121 belə nikah qeydə alınıb.

Qeyd edilib ki, 2021-ci ildə 2 199, 2022-cü ildə 2 542, 2023-cü ildə 1 950, 2024-cü ildə 2 060, 2025-ci ilin ilk 4 ayı ərzində isə 698 belə nikah rəsmiləşdirilib.

Bu o deməkdir ki, 2024-cü ilin ilk dörd ayında 495, 2025-ci ilin eyni dövründə isə 698 belə nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qohumlar arasında bağlanılan nikahların sayına dair məlumatlar illik dövriliklə 2022-ci ilin yekunlarından başlayaraq işlənilir.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən rəsmi qeydə alınan qohumlar arasında bağlanılan nikaha daxilolma hallarının sayı 2022-ci ildə 1 915, 2023-cü ildə 1 935, 2024-cü ildə isə 2 034 olub.

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarıbioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 May 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri