Icma.az
close
up
RU
Ötən illə müqayisədə yoluxmalar azalıb

Ötən illə müqayisədə yoluxmalar azalıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yoluxucu xəstəliklər patogen mikroorqanizmlərin, virusların və prionların orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupudur. Mikrobun yoluxucu xəstəlik törətməsi üçün onun zəhərlilik miqdarı, yəni orqanizmin müqavimətini üstələmək və zəhərli təsir göstərmək qabiliyyəti olmalıdır. Bəzi patogen agentlər həyat fəaliyyəti zamanı ifraz etdikləri ekzotoksinlərlə orqanizmin zəhərlənməsinə səbəb olur, digərləri məhv edildikdə toksinlər əmələ gətirir.

İnfeksionistin, yəni yoluxucu xəstəlikləri araşdıran, təhlil edən, doğru müayinə və tədqiqdən sonra diaqnoz qoyub bu xəstəlikləri müalicə edən həkimlərin fikrincə, yoluxucu xəstəliklərin xüsusiyyətlərindən biri inkubasiya dövrünün, yəni yoluxma anından ilk klinik əlamətlərin görünməsinə qədər olan vaxtın olmasıdır. Bu dövrün müddəti infeksiya üsulundan və patogenin növündən asılıdır və bir neçə saatdan bir neçə ilə qədər davam edə bilər.

Son dövrlərdə infeksion xəstəliklərin sürətlə yayılması ilə insanlar arasında bir təşviş əmələ gəlib. Nəzərə alsaq ki, bəzi yoluxucu xəstəliklərin peyvəndi hələ də mövcud deyil, insanlar infeksion xəstəliklərə yoluxmamaq üçün ciddi tədbirlər alıb, gigiyenik qaydalara incəliyinə qədər riayət etməlidirlər.

Ölkədə infeksion xəstəliklərin yayılma səviyyəsi, yoluxmalara qarşı görülən tədbirlərlə bağlı cəmiyyəti maarifləndirmək məqsədilə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Xatirə Əliyeva ilə görüşüb XQ üçün müsahibə aldıq.

Qeyd edək ki, həkim Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin məzunudur. 1989-cu ildən həmin tibb ocağında çalışır. İlk illər həkim-infeksionist kimi fəaliyyətə başlayan gənc xanım illər keçdikcə səhiyyənin, əsasən də yoluxucu xətəliklərin müalicəsində yenilikləri və incəlikləri mənimsəyib və 38 illik böyük təcrübə qazanıb. Ötən illərdə qüsursuz xidmətə, aktiv fəaliyyətinə görə dəfələrlə xəstəxana rəhbərliyinin təşəkkürnamələri ilə mükafatlandırılıb.

Bütün dünya, eləcə də ölkəmiz COVID–19 pandemiyası ilə sınağa çəkiləndə Xatirə xanım günlərlə xəstəxanada gecələyib, ölüm-dirim mübarizəsi aparan yüzlərlə insanın həyatda qalması üçün əlindən gələni əsirgəməyib. Məhz onun pandemiya dövründə göstərdiyi fədakarlıq və aktiv fəaliyyət dövlət başçısı tərəfindən dəyərləndirilib. Prezident İlham Əliyev həmin dövrdə öz çıxışlarında həkimlərin əvəzsiz fədakar əməyini dəfələrlə vurğulamışdı. Yuxusuz gecələrdə istirahət bilmədən xəstələrin sağalması üçün var gücü ilə çalışan Xatirə Əliyeva 2021-ci ildə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

– İnfeksion xəstəliklərin təsnifatı və yoluxma yolları barədə ilk sualımızı şöbə müdiri belə cavablandırdı:

– Yoluxucu xəstəliklər təsnifatına görə, bakterial (stafilokok, streptokok, vərəm) infeksiyalar, virus infeksiyaları, göbələk və ya funqal (kandidiaz, dermatofitiya (tənəffüs göbələyi) kimi xəstəliklər) infeksiyalar, həmçinin parazitar (malyariya, trixomoniasis və qurd xəstəlikləri) infeksiyalara bölünür.

İnfeksion xəstəliklərin yoluxma yolları da müxtəlifdir. İlkin olaraq, hava-damcı yolu ilə yayılan infeksiyalar, qida və ya su vasitəsilə yayılanlar, qan və ya bədən mayeləri ilə yayılan infeksiyalar, həmçinin dəri təması – heyvanlar və həşəratlar vasitəsilə yayılan infeksiyaları qeyd edə bilərik.

– İnsanın hər hansı infeksiyaya yoluxması özünü hansı əlamətlərlə göstərir və xəstəlik necə təsdiqlənir?

– İnfeksion xəstəliklərin özünü xüsusi büruzə vermə əlamətləri var. Öncə xəstədə bədən temperaturunun yüksəlməsi diqqət çəkir. Bundan sonra ümumi halsızlıq, baş və ya əzələ ağrıları müşahidə edilir və xəstəlik öskürək, boğaz ağrısı, ishal, qusma və dəri səpkiləri ilə özünü göstərir.

Yoluxucu xəstəliklərin diaqnozunu qoymaq üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Klinik müayinələr, laborator analizlər, qan və sidiyin mikrobioloji testləri, PZR (polimeraz zəncirvari reaksiya) və seroloji testlər, həmçinin radioloji müayinələr, yəni rentgen, kompüter tomoqramma müayinəsi aparılır.

Onu da qeyd edim ki, yoluxucu xəstəliklərin diaqnozunun qoyulmasında terapevtik xəstələrdən fərqli olaraq, epidemioloji anamnezin toplanması mühüm əhəmiyyət kəsb edir. Ən çox hava damcı infeksiyalarında – məsələn, qrip, suçiçəyi, qızılca zamanı xəstənin yoluxucu xəstə ilə kontaktda olub-olmaması öyrənilir. Tropik malyariya, hemorragik qızdırmalar zamanı xəstənin səyahətdə olub-olmaması, mədə- bağırsaq infeksiyasında çiy su içməsi, qarışıq və köhnə qida qəbulu, virus hepatitləri, HİV–SPİD infeksiyası aşkarlananda qan köçürülüb-köçürülməməsi kimi sorğulara cavab toplanır. Bu, xəstəliyin dəqiqləşdirilməsi və düzgün diaqnoz qoyulması üçün çox vacib üsuldur.

– Yəqin ki, xəstənin hansı virusa yoluxmasından asılı olaraq, sağalma müddəti də fərqli olur? Hansı infeksiyaları daha təhlükəli hesab edirsiniz?

– Yoluxucu xəstəliklərin sağalma müddəti müxtəlif səbəblərdən asılıdır. Yəni bu müddət dəyişə bilər. Bu səbəblərə xəstəliyin növü, xəstənin ümumi vəziyyəti – immuniteti, müalicənin düzgün aparılıb-aparılmaması aiddir. Bəzi infeksiyaların ömrü qısa olur, müalicəyə tez tabe olur və xəstə bir neçə günə sağalır. Bəziləri isə həftələrlə, bəzən aylarla davam edir.

Qan yolu ilə yayılan infeksiyalar və tənəffüs yolu infeksiyaları digər infeksiyalara nisbətən daha təhlükəli hesab olunur. Buna hepatit viruslarını, bronxların xroniki xəstəliklərini misal göstərə bilərik.

– İnfeksionist həkim olaraq, müalicə, müayinə, ümumiyyətlə, xəstələrlə təmas zamanı yoluxmaq ehtimalı barədə düşünürsünüzmü?

– Yoluxucu xəstəliklər şöbəsində çalışanlar xüsusi qorunma qaydalarına əməl etməlidirlər və buna riayət edilir. Onlar yaxşı bilirlər ki, fərdi qoruyucu vasitələrdən – maska, əlcək, qoruyucu geyimdən istifadə edilməli, sterilizasiya və dezinfeksiya qaydalarına, eyni zamanda, təhlükəsiz iş protokollarına ciddi əməl olunmalıdır.

– Xəstəliyin daha çox müşahidə edilməsinə mövsümün, yaxud insanın yaşının təsiri varmı?

– Bəzi yoluxucu xəstəliklər mövsümü xarakter daşıyır. Belə ki, havaların tez-tez dəyişməsi ilə əlaqədar olaraq qış və yaz aylarında daha çox tənəffüs yolu infeksiyaları yayılır. Bunlar da hava-damcı yolu ilə insandan-insana keçir. Bağırsaq infeksiyaları isə yay aylarında daha çox müşahidə edilir. Yoluxucu xəstəliklər üçün yaş fərqi yoxdur. Eyni infeksiyaya hər yaşda insan yoluxa bilər. Lakin burada bir nüansa xüsusi diqqət edilməlidir. Yaşlılar, kiçikyaşlı uşaqlar və immuniteti zəif olanlar bu xəstəliklərə qarşı daha həssasdırlar. Müalicə yoluxma yolunun səbəbindən asılı olmayaraq aparılmalıdır. Xəstədə bakterial infeksiya aşkarlanıbsa, ona antibiotik müalicəsi aparılır. Viral infeksiyaya yoluxubsa, müalicə üçün antiviral və digər preparatlardan istifadə olunur.

– Hazırda infeksion xəstəliklərin yayılması ilə bağlı vəziyyət necədir? Profilaktik tədbirlərin köməyi varmı?

– Havaların dəyişkən keçməsi ilə əlaqədar olaraq məktəblərdə uşaqlar arasında boğaz ağrısı, temperaturun yüksəlməsi, öskürəklə müşahidə olunan qrip (influenza) infeksiyası yayılmışdır. Bu xəstəlik A və B tip influenza virusları tərəfindən törədilir. Virus öskürək və asqırma yolu ilə (hava- damcı) asanlıqla yayılır. Bəzən uşaqlarda ürəkbulanma, qusma və ishal kimi əlamətlər də ola bilər. Amma risk qrupları vardır ki onlar qrip infeksiyasını ağır keçirə bilərlər. Bunlar yaşları 65-dən yuxarı olanlar, 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar və immun sistemi zəif şəxslərdir.

Qripə qarşı hər il vaksinasiya etmək, əllərin tez-tez yuyulması və xəstə insanlarla yaxın təmasdan çəkinmək kimi profilaktik tədbirlər xəstəliyin yayılmasını azalda bilər. Ötən illə müqayisədə bu il daha çox hava-damcı infeksiyasına yoluxmalar müşahidə edilir.

İnfeksionist həkim olaraq tövsiyə edirəm ki, yaşından asılı olmayaraq, infeksion xəstəliklərdən qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, sağlam qidalanmaq, immuniteti gücləndirmək və profilaktik vasitələrdən olan peyvəndlərdən istifadə etmək lazımdır. Peyvəndlər infeksiyaların qarşısını almaq üçün ən effektiv vasitələrdən biridir və bir çox xəstəliklərin yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Biz pandemiya dövründə vaksinasiyanın əhəmiyyətini təcrübədə müşahidə etdik.

Müsahibəni hazırladı:
Zərifə HÜSEYNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2026 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see201

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see188

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see181

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see175

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see173

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see171

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see169

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see167

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see166

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see166

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see165

Müşahidə adı ilə geosiyasi oyunlar: “Revanşist çağırışlar sülhü riskə atır” Siyasi ekspert

10 May 2026 17:37see163

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see160

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see160

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see158

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see157

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

10 May 2026 15:59see156

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see154

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see154

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri