Icma.az
close
up
RU
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65-ə çatır. Beləliklə, Azərbaycanda qadınlar və kişilər üçün yaşa görə əmək pensiyasına çıxma yaşı eyniləşir. Bu məsələ artıq ictimaiyyətdə müzakirə obyekti olub. Ümumi olaraq qadınlarla kişilərin pensiya yaşının eyniləşdirilməsi gender bərabərliyi kimi təqdim edilir. Amma qadınların ailə və uşaqlara qulluq yükünü nəzərə alanlar fərqli düşünür.

Pensiya yaşının müəyyənləşdirilməsində əsas meyarlar hansılar olmalıdır? Ən uğurlu pensiya modeli necə ola bilər?

Moderator.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, pensiya yaşının təyinatında gender bərabərliyi yeganə meyar kimi götürülməməlidir:

“Gender bərabərliyi vacib prinsipdir, lakin qərar qəbul edilərkən digər demoqrafik göstəricilər, xüsusilə orta ömür uzunluğu da nəzərə alınmalıdır. İnsanların daha uzun yaşaması və əmək qabiliyyətini daha uzun müddət saxlaması pensiya sisteminə əlavə yük yaradır. Buna görə də orta ömür uzunluğu artdıqca ya pensiya yaşı tədricən artırılmalı, ya da sistemin maliyyə dayanıqlığını qorumaq üçün başqa mexanizmlər tətbiq olunmalıdır. Pensiya sistemi ilk növbədə maliyyə baxımından dayanıqlı olmalıdır. Bununla yanaşı, yalnız insanların nə qədər yaşadığına deyil, onların hansı yaşa qədər fiziki və psixoloji baxımdan işləyə bildiyinə də diqqət yetirilməlidir. Əgər insan müəyyən yaşa qədər əmək fəaliyyətini davam etdirə bilirsə, onun təcrübəsindən istifadə etmək məqsədəuyğundur”.

İqtisadçı bildirib ki, mövcud sistemdə insanlar uzun illər tamştat işlədikdən sonra birdən-birə əmək bazarından ayrılır və pensiyaya çıxırlar:

“Halbuki insan əmək qabiliyyətini bir anda itirmir. Buna görə də pensiyaya keçid mərhələli şəkildə həyata keçirilməlidir. Məsələn, 60-62 yaşdan etibarən iş yükü azaldılaraq yarımştat iş rejiminə keçid təmin oluna bilər. Bu mərhələ bir neçə il davam etdikdən sonra şəxs tam pensiyaya çıxa bilər. Hətta iş yükünün 75, 50 və 25 faiz səviyyələrində mərhələli şəkildə azaldılması da mümkündür. Belə yanaşma həm psixoloji, həm də iqtisadi baxımdan faydalıdır. Bir çox insan pensiyaya çıxdıqdan sonra sosial həyatdan uzaqlaşdığı üçün psixoloji çətinliklərlə üzləşir. Mərhələli keçid isə bu prosesi daha rahat edər. Eyni zamanda, insanlar müəyyən qədər əməkhaqqı almaqda davam edər, gələcək pensiya təminatlarını gücləndirər və pensiya fondunun yükü azalardı. Bu model qadınlara münasibətdə də tətbiq oluna bilər. Məsələn, pensiya yaşını birdən-birə artırmaq əvəzinə, daha erkən yaşdan iş yükünü azaltmaq və sonrakı illərdə mərhələli şəkildə tam pensiyaya keçidi təmin etmək mümkündür. Bu, həm insanlar üçün daha rahat keçid yaradar, həm də pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirər”.

Ekspert əlavə edib ki, yaşlı işçilərin böyük təcrübəsi iqtisadiyyat üçün dəyərli resursdur:

“Onlar tam ştat işləyə bilməsələr də, azaldılmış iş qrafiki ilə fəaliyyət göstərərək bilik və təcrübələrini bölüşə bilərlər. Bəzən uzun illərin təcrübəsinə malik bir işçinin məhdud iş yükü ilə gördüyü iş cavan kadrların ortaya qoyduğu göstəricilərdən daha yüksək nəticə verə bilər. Pensiya siyasətində ailə vəziyyəti də nəzərə alınmalıdır. Uşağa, yaşlıya və ya xəstəyə qulluq edən şəxslərin üzərinə mühüm sosial yük düşür. Buna görə də belə hallarda əlavə güzəştlərin tətbiqi məqsədəuyğun olar. Yəni daha çevik və insan yönümlü pensiya sistemi həm vətəndaşların rifahına, həm pensiya fondunun dayanıqlılığına, həm də iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər. Çünki yaşlı insanların enerjisi və təcrübəsi tam itmir, sadəcə əvvəlki dövrlə müqayisədə azalır. Bu səbəbdən onların əmək bazarında 8 saat deyil, 4 saat iş yükü ilə fəaliyyətini davam etdirməsi həm özləri, həm də cəmiyyət üçün faydalı ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:417
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 İyun 2026 06:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri