Icma.az
close
up
RU
Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? KONKRET

Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycanda son dövrlərin ən çox müzakirə edilən və vətəndaşlar arasında ciddi narazılıq doğuran mövzularından biri də pensiya yaşıdır. Sosial şəbəkələrdə və ictimai platformalarda pensiya yaşının aşağı salınması ilə bağlı çağırışlar artsa da, məsələnin iqtisadi tərəfləri fərqli reallıqları ortaya qoyur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli pensiya sistemindəki mövcud vəziyyəti təhlil edərək, yaş həddinin salınmasının yarada biləcəyi riskləri diqqətə çatdırıb.

“Maliyyə və demoqrafik reallıq buna imkan vermir”.

İqtisadçının fikrinə görə, Azərbaycanda pensiya yaşı məsələsi son illərin ən aktual sosial mövzusudur və vətəndaşların narazılığının əsaslı səbəbləri var. O qeyd edir ki, hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 64 il 6 aydır və 2027-ci ilə qədər qadınların yaş həddi hər il 6 ay artırılaraq 65-ə çatdırılacaq.

Ekspert vurğulayır ki, pensiya yaşını aşağı salmaq texniki baxımdan qanunu dəyişməklə mümkün olsa da, maliyyə və demoqrafik göstəricilər buna yol vermir.

Bunun əsas səbəbi kimi Dövlət Sosial Müdafiə Fondunun büdcə kəsirini göstərən A.Nəsirli bildirir ki, sistem “pay-as-you-go” (bu gün işləyənlərin bugünkü pensiyaçıları təmin etməsi) prinsipi ilə işləyir. İqtisadçı hesablamalarına əsasən bildirir ki, 1.1 milyon pensiyaçının illik xərci 6.5 milyard manat olduğu halda, fondun öz gəlirləri cəmi 5.1 milyard manatdır və qalan 1.4 milyard manat dövlət büdcəsindən qarşılanır.

Yaş aşağı salınsa, büdcəni nə gözləyir?

Akif Nəsirli onu da vurğulayır ki, əgər pensiya yaşı 65-dən 63-ə salınarsa, dərhal 200 minə yaxın yeni pensiyaçı yaranacaq və bu da illik əlavə 1.1 milyard manat xərc deməkdir. Yaş həddi 60-a salınarsa, xərc 2.6 milyard manat artacaq.

İqtisadçı sual edir: “Bu pul hardan gələcək? O izah edir ki, bu boşluğu doldurmaq üçün ya sosial sığorta haqlarını 25%-dən 35%-ə qaldırmaq, ya da dövlət büdcəsindən digər sahələrə (təhsil, səhiyyə, müdafiə) ayrılan vəsaitləri kəsmək lazım gələcək ki, hər iki variant iqtisadiyyat üçün ağırdır.

Ekspertin fikrincə, ikinci böyük problem demoqrafiyadır. O bildirir ki, 1990-cı illərdəki doğum azlığı səbəbindən əmək bazarına az gənc daxil olur, lakin orta ömür uzunluğu 75 ilə qədər artıb. Mütəxəssis vurğulayır ki, 2010-cu ildə bir pensiyaçıya 3.2 işləyən düşürdüsə, indi bu rəqəm 1.4-ə enib. Avropada bu nisbət 1.5-dən aşağı düşəndə sistem çökdüyü üçün yaş həddini qaldırırlar.

Həmçinin, iqtisadçı qeyd edir ki, əmək bazarında 60-65 yaşlı insanlar üçün iş yerləri yoxdur. Pensiya yaşı salınsa belə, 490 manat orta pensiya ilə dolanmaq çətindir və bu, yenidən dövlətin üzərinə sosial yardım yükü kimi qayıdacaq.

Alternativ çıxış yolları nədir?

Akif Nəsirli bildirir ki, hökumət yaşı salmaq əvəzinə üç istiqamətdə iş görür:

1.Erkən pensiya: Çoxuşaqlı analar və zərərli işdə çalışanlar üçün 5 il tez çıxmaq imkanı.

2.Pensiya kapitalı: Çox sığorta ödəyənin daha yüksək pensiya alması.

3.Könüllü yığım: Özəl pensiya fondlarının təşviqi.

Yekun nəticə: Yaş yox, məbləğ məsələsi

İqtisadçı fikrini belə yekunlaşdırır ki, pensiya yaşını aşağı salmaq kağız üzərində asan olsa da, bu, sistemdə dərhal 2 milyard manatlıq kəsir yaradacaq. O vurğulayır ki, real çıxış yolu yaşı salmaq deyil, pensiyanın məbləğini qaldırmaqdır. Bunun üçün isə kölgə iqtisadiyyatı azaldılmalı, sığorta yığımları artırılmalıdır. Əks halda, yaş həddi 55-ə düşsə belə, pensiya məbləği cəmi 200 manat civarında qalacaq.

Mütəxəssis hesab edir ki, əsas məsələ yaş həddi deyil, toplanan vəsaitin miqdarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 May 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri