Icma.az
close
up
RU
Pensiya yaşı 65 dən aşağı salına bilər? Professordan AÇIQLAMA KONKRET

Pensiya yaşı 65 dən aşağı salına bilər? Professordan AÇIQLAMA KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda pensiyaçıların sayının azalması ilk baxışdan pensiya sistemində müəyyən dəyişikliklərin, o cümlədən pensiya yaşının aşağı salınması məsələsinin gündəmə gətirilməsinə əsas yarada bilər. Lakin bu göstəriciyə əsaslanaraq  pensiya yaşının azladılması elmi cəhətdən doğru sayılmır. Çünki pensiya siyasəti bir sıra amillər – ölkənin demoqrafik inkişafı, iqtisadi imkanları və sosial müdafiə sisteminin uzunmüddətli dayanıqlılığı nəzərə alınmaqla formalaşdırılmalıdır”.

Bu fikirləri AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Pensiyaçıların sayının azalması pensiya sisteminin maliyyə imkanlarının yaxşılaşması demək deyil. Sistemin real vəziyyətini qiymətləndirmək üçün işləyən əhalinin sayı, sosial sığorta haqlarının həcmi, əmək bazarındakı vəziyyət, əhalinin yaş strukturu, eləcə də Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri kompleks şəkildə təhlil edilməlidir.

Məsələn, pensiyaçıların sayının azalması vəfat edən şəxslərin sayının yeni pensiya təyin olunan şəxslərin sayından çox olması ilə əlaqədar ola bilər. Eyni zamanda, pensiya hüququnun yaranması üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər də bu prosesə təsir göstərir. Buna görə də yalnız pensiyaçıların ümumi sayındakı dəyişiklik əsasında pensiya sisteminin vəziyyəti və gələcək perspektivləri barədə qəti qənaətə gəlmək mümkün deyil.

Digər tərəfdən, Azərbaycanın demoqrafik perspektivləri də diqqətdə saxlanılmalıdır. Əhalinin yaşlanması, yaşlı insanların ümumi əhali arasında xüsusi çəkisinin artması və əmək qabiliyyətli əhalinin payının dəyişməsi uzunmüddətli perspektivdə pensiya sisteminin üzərinə əlavə maliyyə yükü yarada bilər. Bu baxımdan, hazırda pensiyaçıların sayında müşahidə olunan azalma pensiya yaşının aşağı salınması üçün kifayət qədər əsas sayıla bilməz”.

Rəsmiyyə Sabir qeyd edib ki, Azərbaycanda pensiya yaşı son illərdə mərhələli şəkildə artırılıb.

“Qadınlar üçün pensiya yaşının hər il altı ay artırılması prosesi 2026-cı il iyulun 1-dən etibarən 65 yaş həddinə çatmaqla başa çatıb. Beləliklə, hazırda həm kişilər, həm də qadınlar üçün ümumi pensiya yaşı 65 müəyyən edilib. Bu dəyişikliklər fonunda cəmiyyətdə, xüsusilə qadınlar arasında pensiya yaşının azaldılması ilə bağlı gözləntilərin və müzakirələrin olması da təbiidir. İnsanların daha erkən yaşda pensiyaya çıxmaq, əmək fəaliyyətindən sonra daha uzun müddət istirahət etmək və sosial təminat əldə etmək istəyi sosial baxımdan anlaşılandır. Bununla belə, ictimai gözləntilərlə pensiya sisteminin iqtisadi imkanları arasında tarazlıq qorunmalıdır”.

Professorun fikrincə, Azərbaycanda pensiya yaşının kifayət qədər yüksək olması, eləcə də doğulanda gözlənilən ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq bu məsələnin müzakirəsində nəzərə alınmalı olan amillərdəndir.

“ Bu göstəricinin digər ölkələrlə müqayisəsi zamanı yalnız pensiya yaşına deyil, həm də doğulanda gözlənilən ömür uzunluğuna, sağlam ömür müddətinə və insanların faktiki olaraq neçə il pensiya ala bilməsinə diqqət yetirilməlidir.

Pensiya siyasətində əsas məqsəd pensiya yaşını mexaniki şəkildə artırmaq və ya azaltmaq deyil, sistemin həm mövcud, həm də gələcək nəsillər üçün dayanıqlı olmasını təmin etməkdir. Bunun üçün qeyri-formal məşğulluğun azaldılması, sosial sığorta haqqı ödəyənlərin sayının artırılması, qadınların və gənclərin əmək bazarında iştirakının genişləndirilməsi kimi istiqamətlərə xüsusi diqqət yetirilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri