Icma.az
close
up
RU
Azərbaycanda pensiya yaşı dəyişir? Belə ola bilər...

Azərbaycanda pensiya yaşı dəyişir? Belə ola bilər...

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur.

Bu güzəşt yalnız çoxuşaqlı valideynlərlə məhdudlaşmalıdır, yoxsa başqa kateqoriyalar da daxil edilməlidir? Ümumiyyətlə, sözügedən dəyişiklik gələcəkdə pensiya sisteminə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər müəyyən hallarda kişilərin də daha erkən yaşda pensiyaya çıxmasına imkan yaradacaq:

“Bu yanaşmanın mahiyyəti odur ki, bəzi sosial güzəştlər müəyyən şərtlər daxilində kişilərə də şamil edilsin. Məsələn, çoxuşaqlı valideynlər və ya əlilliyi olan uşağa baxan şəxslər üçün pensiya yaşının 5 il azaldılması kimi mexanizmlər artıq qanunvericilikdə mövcuddur və bu hüququn atalara da tətbiqi nəzərdə tutulur. Ümumiyyətlə, pensiya yaşı ilə bağlı məsələ cəmiyyətdə tez-tez müzakirə olunur. Mən də bu mövzuda Milli Məclisdə dəfələrlə çıxış etmişəm və pensiya yaşının aşağı salınması ilə bağlı müxtəlif təkliflər irəli sürmüşəm. Çünki statistika göstərir ki, ölkədə bir çox insanlar pensiya yaşına çatmadan dünyasını dəyişir və bu da müəyyən sosial narahatlıq yaradır”.

Razi Nurullayev

Deputat təklif edib ki, qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə 62 yaş müəyyən edilsin:

“Amma hazırda hökumətin pensiya yaşının ümumi şəkildə aşağı salınması ilə bağlı hər hansı qərar vermək niyyəti görünmür. Əksinə, son illərdə pensiya yaşının mərhələli şəkildə artırılması siyasəti həyata keçirilib. İndi kişilər üçün pensiya yaşı 65-dir, qadınlar üçün də bu hədd tədricən 65 yaşa çatdırılır. Bu səbəbdən cəmiyyətdə əlavə və ya əsassız gözləntilər yaratmaq düzgün olmaz. Ona görə də hesab edirəm ki, bu dəyişikliklər ümumi pensiya yaşının azaldılması kimi təqdim edilməməlidir. Burada söhbət sadəcə müəyyən sosial kateqoriyalar üçün diferensial yanaşmanın tətbiqindən gedir. Əsas məsələ odur ki, həm sosial ədalət prinsipi qorunsun, həm də pensiya sisteminin maliyyə dayanıqlığı risk altına düşməsin”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2026 06:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri