Azərbaycanda pensiyalar belə artacaq YENİ AÇIQLAMA
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, əmək pensiyaları hər il yanvar ayında əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım faizinə uyğun indeksləşdirilir.
O qeyd edib ki, 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisi ilin sonuna yaxın dəqiqləşəcək. Müvafiq rəsmi məlumatların 2027-ci ilin fevralında açıqlanacağı gözlənilir:
"Pensiyaların artırılmasının konkret faizi də həmin göstərici əsasında müəyyənləşəcək. Yeni mexanizmə əsasən, pensiya məbləğindən asılı olaraq indeksləşdirmə zamanı fərqli əmsallar tətbiq ediləcək. Bu yanaşmanın məqsədi nisbətən aşağı pensiya alan vətəndaşların daha yüksək məbləğdə pensiya alanlarla müqayisədə daha çox artım əldə etməsini təmin etməkdir.
Yeni qaydanın bütün növ əmək pensiyalarına - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə təyin olunan pensiyalara şamil edilməsi nəzərdə tutulur.
2027-ci ildə pensiyaların artım faizi hələlik məlum olmasa da, artımın hesablanmasında əsas göstərici 2026-cı il üzrə orta aylıq əməkhaqqının nominal artım səviyyəsi olacaq. Fərqli əmsalların tətbiqi isə pensiya məbləğindən asılı olaraq artımın həcminə təsir göstərəcək".
Orxan Hüseyn
Baxış sayı:108
Bu xəbər 16 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















