Icma.az
close
up
RU
Maaş və pensiyalar artacaq? AÇIQLAMA

Maaş və pensiyalar artacaq? AÇIQLAMA

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal iqtisadi qeyri-müəyyənliklərin artdığı, enerji bazarlarında dalğalanmaların davam etdiyi bir dövrdə Azərbaycanın maliyyə dayanıqlılığı ilə bağlı göstəriciləri diqqət çəkir.

Rəsmi məlumatlara görə, bu ilin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 12,6 milyard ABŞ dolları və ya 17,7 faiz artaraq 83,6 milyard ABŞ dollarına çatıb. Bu rəqəm təkcə region üçün deyil, ümumilikdə inkişaf etməkdə olan ölkələr fonunda kifayət qədər yüksək göstərici sayılır. Xüsusilə də Azərbaycanın mövcud valyuta ehtiyatlarının xarici dövlət borcunu təxminən 17 dəfə üstələməsi ölkənin fiskal və monetar təhlükəsizlik yastığının nə qədər güclü olduğunu göstərir.

Bununla yanaşı, cəmiyyətdə haqlı olaraq belə bir sual yaranır: bu qədər böyük maliyyə ehtiyatları ölkə vətəndaşlarının gündəlik rifahına nə dərəcədə təsir göstərə bilər?

Yəni strateji valyuta ehtiyatlarının artması sosial siyasətdə yeni imkanlar yarada, dövlət büdcəsində maaş və pensiyaların artırılması üçün əlavə potensial formalaşdıra bilərmi, yoxsa bu vəsaitlər daha çox “toxunulmaz ehtiyat” kimi saxlanılmalıdır?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycan höküməti də valyuta ehtiyatlarını çox məharətlə icra edir:

“Valyuta ehtiyatları dedikdə birmənalı olaraq Azərbaycan Respublikası Dövlət Fondu və Mərkəzi Bankın Dövlət Fondunun aktivləri və Mərkəzi Bankın valyuta ehtiyatları nəzərdə tutulur. Bunlar birlikdə təxminən 83-84 milyard ABŞ dolları olmalıdır. Dövlət Neft Fondunun ehtiyatlarından ildə təqribi 12-14 milyard dövlət büdcəsinə transferlər olunur. Çalışılır ki, ehtiyatın özündən yox, aktivlərdən əldə olunmuş gəlirlərdən istifadə olunsun. Azərbaycanda bu gün ehtiyatların istifadə olunması üçün zərurət yoxdur. Dövlət Neft Fondunun ehtiyatlarından dövlət büdcəsinə edilən transferlər ilbəil azaldılır. Digər mənbələrdən dövlət büdcəsinin yığımı təmin olunur”.

İqtisadçı qeyd edib ki, valyuta ehtiyatları birbaşa istifadə olunan vəsait deyil:

“Valyuta ehtiyatlarından istifadə dünya praktikasında birbaşa və ya dolayı yolla strateji məqsədlər üçün həyata keçirilir. Bu addım fövqəladə hallarda və ya qlobal iqtisadi böhran zamanı atılır. Azərbaycanda neftin qiyməti 50-60 dollar intervalından aşağı düşərsə və ya Azərbaycan manatının məzənnəsində hansısa təhlükə yaranarsa, Mərkəzi Bank "təhlükəsizlik yastığı"ndan istifadə edə bilər. Azərbaycan hökuməti bir sıra dövlətlərdən fərqli olaraq, heç pandemiya dövründə belə valyuta ehtiyatına toxunmadı. İkinci dəfə 2015-ci ildə baş verən kataklizmanın yaşanmasının qarşısı alındı”.

A.İbrahimov vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı çox həssasdır. Burada hər hansısa düzgün olmayan qərarlar ciddi böhrana gətirib çıxara bilər. Mütəxəssis nəzərə çatdırıb ki, vayluta ehtiyatlarından praktikada istifadə olunur:

“Belə ki, zərurət yaranarsa, 2-3 faizi hansısa sosial işlərə sərf oluna bilir. Bu da hansısa praktikaya əsaslanır. Məsələn, maaş və ya pensiyaların artırılması istqamətində addımın atılmasını deyə bilərik. Azərbaycanda bu gün buna zərurət yoxdur. Bu gün valyuta ehtiyatlarının xarici borcdan çox olması 2015-ci ildə olan risklərin bir hissəsi nəzarət altına alınıb. Məsələn, maaş və ya pensiyaların gecikməsi üçün bir əsas yoxdur. Yenidən xarici borc götürüləndə faizi aşağı olacaq, risk altında olmur, dövlət daha çox kredit əldə edə biləcək vəziyyətdədir. Bu da məsələnin müsbət tərəfləridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri