Icma.az
close
up
RU
Azərbaycanda psixi xəstəliklər sürətlə artır Psixoloqdan AÇIQLAMA

Azərbaycanda psixi xəstəliklər sürətlə artır Psixoloqdan AÇIQLAMA

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər 5 pasiyentdən 3-ü risk altındadır

Rəsmi statistika yalnız qeydiyyata alınan halları əhatə edir və reallıqda psixi problemləri olan, lakin müalicəyə və ya qeydiyyata düşməyən şəxslərin sayı daha çoxdur

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır. Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0-17 yaş, 1 591-i 18-29 yaş, 698-i 30-39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub.

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan psixi və davranış pozuntulu xəstələrin ümumi sayı 111 560 nəfər təşkil edib.

Bundan əlavə, qeydiyyatda olan xəstələrin 79 968-i kişi, 31 592-si qadın olub. Yaş bölgüsünə görə, qeydiyyatda olan xəstələrin 13 867-si 0-17 yaş, 29 723-ü 18-29 yaş, 22 851-i 30-39 yaş, 45 119-u isə 40 və yuxarı yaş qrupunda qeydə alınıb.

Psixoloq Aytən Ələkbərova Sherg.az-a bildirib ki, Azərbaycanda psixi sağlamlıqla bağlı vəziyyəti ciddi narahatlıq doğuran tendensiya kimi qiymətləndirir. Onun sözlərinə görə, kliniki praktikada psixi pozuntularla müraciət edən insanların sayında artım müşahidə olunur və bu, artıq gündəlik reallığa çevrilib:

“Tibbdə bir sıra psixi xəstəliklərin əsasən genetik faktorlarla izah edildiyi qeyd olunsa da, son illərdə genetik meyilliyi olmayan şəxslərdə də psixi pozuntuların daha tez-tez ortaya çıxması diqqət çəkir. Bunun əsas səbəblərindən biri həyat tərzi ilə bağlı amillərdir”.

A. Ələkbərovanın sözlərinə görə, yuxu rejiminin pozulması və beynin həddindən artıq informasiya və stress yükü altında qalması psixi pozuntulara səbəb olan əsas amillərdir: “Valideynlərin uşaqlara qarşı yüksək təzyiq və gözləntiləri, xüsusilə “yüksək bal toplamaq” kimi akademik tələblər, uşaqlarda və yeniyetmələrdə ciddi psixoloji gərginlik yarada bilir. Eyni zamanda, hamiləlik dövründə yaşanan güclü təşviş və stress halları da dölün inkişafına təsir göstərərək sonradan müxtəlif psixoloji və nevroloji problemlərin formalaşma riskini artıra bilir. Hətta hiperaktivlik və autizm kimi halların yaranmasında da bu faktor rol oynayır. Yuxusuzluq isə orqanizmdə hormonal balansı pozur, xüsusilə serotonin və melatonin səviyyələrinin dəyişməsi emosional sabitliyi zəiflədir. Bu isə aqressiyanın artmasına, davranış pozuntularına və ümumilikdə psixi sağlamlıq risklərinin yüksəlməsinə gətirib çıxarır”.

Mütəxəssis onu da qeyd edib ki, rəsmi statistika yalnız qeydiyyata alınan halları əhatə edir və reallıqda psixi problemləri olan, lakin müalicəyə və ya qeydiyyata düşməyən şəxslərin sayı daha çoxdur: “Hələ nə qədər psixi xəstə var ki, siyahıya düşməyib. Gündəlik keçirdiyimiz beş seansdan ən azı üçündə bu cür insanlarla üz- üzə gəlirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyun 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri