Icma.az
close
up
RU
Azərbaycanda psixoloqların şok qiymətləri SİYAHI

Azərbaycanda psixoloqların şok qiymətləri SİYAHI

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda bu gün psixoloq müayinəsi və yardımına az qala bütün ölkə əhalisi ehtiyac duyur.
Demokrat.az xəbər verir ki, xüsusən gənclər, yeniyetmələr, ailə həyatı uğurlu olmayan qadınlar uzun müddət depressiyada olan şəxslər dərman müalicəsi ilə yanaşı psixotertapiyadan da keçməlidirlər.
Təəssüf ki, İcbari Tibbi Sığorta psixoloq, xüsusən adlı-sanlı, uzman, özəl mərkəzlərdə olan psixoloqların xidmətlərini zərfə daxil etməyib.
Bir neçə mərkəz var ki, orda psixoloji xidmət pulsuz olmalıdır, orda da mütəxəssislərin peşəkarlığına inam yoxdur.
Sosial şəbəkə, efirlərə mütəxəssis kimi cəlb olunan populyar psixoloqların qəbulu isə az qala “professor qiyməti”nə qalxıb.
1 saat psixoloq qəbulu Bakıda 30-50 manat arası dəyişir.
Lakin daha təcrübəli, reklamlı, geniş auditoriyaya özünü tanıtmağı bacarmış psixoloqların qəbulu isə 100 manatdan başlayıb 300 manata kimi artır.
Qlobal.net Bakupost.az-a istinadla bahalı psixoloqların (Mütləq bilinməlidir ki, bahalı olmaq peşəkarlıq dərəcəsi sayılmır – red.) qiymətlərini təqdim edir:

1. Bir neçə illərdir psixoloqlar içində ən yüksək qiyməti üzrə lider olan NLP üzrə master, psixoloq Babək Bayramlı durur. Bir saat qəbul və ya seans 250 AZN

2. Kənan Rəhimov – psixoterapevt, psixoloq – əyani qəbulu və hər seansı 1 saatı – 200 AZN

3. Tamilla Əliyeva – qadın İQ-si üzrə mütəxəssis – bir saatı 180-200 AZN

4. Samirə Bağırova (qalmaqallı açıqlamaları ilə tanınıb) – 1 seans 150 manat, 5 seans 650 AZN

Samirə xanımın köməkçisi bildirdi ki, o psixoloji seans yox, psixi dəstək göstərir. Bəlkə də ona görə ki, Samirə Bağırovanın təhsili və peşəsi psixoloq deyil.

5. Nəfəs mərkəzində məşhur psixoterapevt İkram Rüstəmov – ilk qəbulu 150 AZN

6. Psixoloq Günel Xəlilova – 1 saat 30 dəqiqə 130 AZN

7. Narınc Rüstəmova – 1 saat qəbul 100 manat

8. Onun həyat yoldaşı, psixoloq Elnur Rüstəmov – 1 saatı 80 manat

9. Psixoloq Elmir Əkbər – 1 saatı 95 AZN

Elmir Əkbər – həkim psixoterapevt, klinik psixoloq, Səhiyyə Nazirliyinin psixoterapevt kimi fəaliyyətinə icazə vəsiqəsi olan azsaylı mütəxəssislərdən biridir

10. Süleyman Məmmədli EMDR üzrə terapevt – 80 AZN
Bunlar hələ normal psixoloq qəbulu və seansları üzrə qiymətlərdir. Amma daha bahalı seanslar var.
Məsələn, reqressiya, hipnoz seanları 200-300 AZN-dir. Eləcə də energoterapevtlər var ki, elmin dəstəkləmədiyi, ancaq alternativ metodlardan istifadə etməklə şəfa seansı edir, bu seanslar 200-300 manatdan başlayır. (Bunlar barədə yaxın günlərdə əlavə araşdırmamız olacaq)
Psixoloq qiymətləri ilə bağlı Bakupost.az -a açıqlama verən həkim psixiatr Abdulla Şıxlinski Azərbaycanda bütün psixoloqların fəaliyyətinin ləğv olunmasının vacibliyini bildirdi.

“Bizim camaat həkimi reklamdan, televiziyadan seçdiyinə görə, bədbəxt olublar.
Kiminsə pulu var, özünü reklam edir, psixoloq kimi təqdim edir. Azərbaycanda 2-3 nəfər ali savadlı, həqiqətən psixoloq təhsili almış psixoloq var. Mən onları tanıyıram. Elə psixoloq var ki, adamları var, sponsoru var, reklama pul ayırır. Psixoloq televizor, əşya, geyim deyil ki, reklamdan seçəsən. Psixoloq kimdir ki, həkimdən, cərrahdan yüksək qiymət qoyur. Bu qiymətləri kim təyin edir? Nəyə əsasən təyin olunur?
Psixoloqların psixi xəstəyə diaqnoz qoymağa hüququ və ixtiyarı yoxdur, o ki ola müalicə…
Psixoloq dərman yaza bilməz, amma bəziləri yazır. Psixoloqlar ağır nevroz, depressiya, şizofreniya, autizm xəstəsini seansla düzəldə bilməz, təşviş pozuntusunu götürə bilməz. Bu xəstələri həkim psixiatr və həkim təhsili olan psixoterapevtlər müalicə edə bilər.
Psixoloq psixikası sağlam insanlarla işləmək üçündür ki, onların xarakteri, ailədə, işdə münasibətlər davranışınıza yön versin. Ona görə ağır psixi xəstə olan uşaqları sonradan anaları bizə gətirir.
Psixoloqa getməklə vaxtı itiriblər, vəziyyət daha da pisləşib. Onların səhvini biz çətinliklə düzəldirik. Ümumiyyətlə, psixoloqlar özbaşına bir sahədir, heç bir nəzarət yoxdur, alver, biznes, gəlir mənbəyi olub.
Bəzi psixoloqların özlərinin müalicəyə ehtiyacı var. Onların fəaliyyəti cinayətdir. Azərbaycanda psixoloq mərkəzləri ləğv olunmalıdır. Məktəblərdə, bağçalarda, universitetlərdə psixiatr kabineti olmalıdır.
Yoxsa bu millət daha da xəstə olacaq” (bakupost.az). 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:454
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri