Icma.az
close
up
RU
Azərbaycanda bal qiymətləri SİYAHI

Azərbaycanda bal qiymətləri SİYAHI

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda balın qiyməti müxtəlif amillərdən asılı olaraq dəyişir. Bu il yerli balın qiyməti 30-50 manat arasında dəyişib. Ölkəmizdə ən çox bal istehsal edən rayonlar Quba, Qusar, Lənkəran, Şəki, Gəncə və Zaqataladır.

“Operativ Media”nın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycana 2024-cü ilin 8 ayı ərzində 97.99 ton bal idxal olunub. Bu balın ümumi dəyəri isə 537.47 min ABŞ dollarına bərabərdir. Eyni zamanda, Azərbaycan 2024-cü ilin 8 ayında 68.29 min ABŞ dolları dəyərində, təxminən 3.3 ton bal ixrac edib.

Bəzi balların qiymətləri isə aşağıdakı kimidir: 

1

Meşə balı

37-40 AZN

2

Balakend dağ və Qusar balı  

37 AZN

3

Cökə balı

33-35 AZN

4

Zaqatala balı

30-40 AZN

5

Lənkəran balı

40 AZN

İqtisadçı ekspert Xalid Kərimli balın qiymətinə təsir edən amillərə aydınlıq gətirib:

“Bütün məhsullarda olduğu kimi, balın qiymətinə də təsir edən bir neçə əsas amil mövcuddur. İlk növbədə, məhsulun istehsal xərcini qeyd etmək lazımdır. Azərbaycanda bal istehsalı ilə məşğul olan şəxslər, gördükləri bütün xərcləri (məsələn, arıların yemlənməsi, məhsulun yığılması, təmizlənməsi və s.) satış qiymətinə daxil edirlər. Bu səbəbdən, balın qiyməti bu xərcləri əks etdirir və istehsalçılar məhsulun qiymətini müəyyən edərkən, xərclərini nəzərə alır.

Eyni zamanda, bal istehsalı riskli bir sahədir. İqlim şəraiti, bitki örtüyü, arıların sağlamlığı və digər amillər istehsalın miqdarına və keyfiyyətinə birbaşa təsir edir. Buna görə də, risklərdən qorunmaq üçün istehsalçılar qiymətləri bazara uyğun tənzimləməli və satış qiymətini artırmağa məcbur ola bilərlər.

İkinci vacib amil, bazara çıxarılan balın həcmidir. Məlum olduğu kimi, bazarda məhsulun çoxluğu qiyməti aşağı sala bilər, çünki tələbat azaldıqca qiymətlər də düşür. Əgər bazarda balın təklifi çoxdursa, istehsalçılar məhsulu satmaq üçün qiymətləri aşağı salmağa meyilli olurlar. Əksinə, bazarda balın az olması, məhsulun daha yüksək qiymətə satılmasına səbəb ola bilər. Yəni, bazarda balın həcmi və təklifi qiymətin formalaşmasında mühüm rol oynayır.

Sonuncu faktor isə tələbatdır. Bazarda tələbatın mövcudluğu balın qiymətini müəyyən edən əsas amillərdən biridir. Məsələn, əgər müəyyən bir keyfiyyətə malik bal çox alıcı tərəfindən alınırsa, istehsalçılar qiyməti artırmağa meylli ola bilərlər. Tələb yüksək olduqda, qiymət də artmağa başlar. Belə ki, əgər bir bal 30 manat deyil, 100 manata da satılırsa və alıcı bu qiymətə razıdırsa, o zaman həmin balın qiyməti 100 manat olaraq qalacaq. Tələbatın yüksək olduğu zaman, qiymət artacaq. Bu da balın bazar qiymətinə təsir göstərəcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:484
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 23 Noyabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri