Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun 6 cildlik “Seçilmiş əsərləri”nin üçüncü cildi - “Çoxfunksiyalı reagentlər. Korroziya, duzçökmə, parafinçökmə inhibitorları, bakterisidlər, deemulqatorlar, konservasiya mayeləri və sürtküləri” adlı kitabı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a Neft-Kimya Prosesləri İnstitutunundan məlumat verilib. Bu monoqrafiyaya müəllifin Azərbaycan, rus və ingilis dillərində 1991-2014-cü illərdə “Çoxfunksiyalı reagentlər. Korroziya, duzçökmə, parafinçökmə inhibitorları, bakterisidlər, deemulqatorlar, konservasiya mayeləri və sürtküləri” mövzusunda açıq mətbuatda çap olunmuş məqalələri daxil edilib.
Monoqrafiya neft kimyası və neft emalı sahəsində çalışan elmi işçilər və mütəxəssislər, doktorantlar, magistrlər, kimya və kimya-texnologiya profilli ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 29 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















