Icma.az
close
up
RU
Azərbaycanda pulla qulaq SINDIRMAQ niyə trend oldu? FOTO

Azərbaycanda pulla qulaq SINDIRMAQ niyə trend oldu? FOTO

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Son günlər Azərbaycanda maraqlı, eyni zamanda narahatedici bir meyl yayılıb.

Milli.Az xəbər verir ki, bəzi gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını bilərəkdən zədələtmək dəbə çevrilib. Hətta sosial şəbəkələrdə bu məqsədlə xüsusi səhifələr yaradılıb və "qulaq qırma xidməti" təklif olunur.

Xidmət göstərən şəxslər çəkdikləri videoları paylaşaraq həm "nəticəni nümayiş etdirir", həm də yeni müştərilər toplamağa çalışırlar. Qiymətlər isə gənclər üçün əlçatan hesab edilir.

Bu "xidmət"i göstərənlərlə əlaqə saxlanılıb. Bildiriblər ki, bir qulağın qırılması 70 manata başa gəlir.

Məsələylə bağlı danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, insanın öz taleyiylə, səhhətiylə bağlı məsələlər onun öz qərarına bağlıdır:

"Lakin bir şeyi nəzərə almaq lazımdır ki, əgər bunlar ictimai təhlükə yaradırsa, buna dövlət də müdaxilə etməlidir. Bu işi görən adamların lisenziyası varmı? Onlar ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, lisenziyasız hər hansı bir tibbi fəaliyyət qadağan edilməli və bununla bağlı təqiblər olmalıdır. Heç bir travma orqanizmə təsirsiz ötüşmür. Qulaq qırılanda seyvanı zədələnir və bu da özəlliklə yaşlananda insanın eşitməsinə təsir edir".

Psixoloq Elnur Rüstəmov bildirib ki, "idmançı görünüşü" üçün qulaq sındırma tendensiyası, əslində, narahatedici sosial-psixoloji problemdir: "Gənclər arasında bu cür davranış əslində bir çox səbəblərdən qaynaqlnır. Səbəblərdən biri kimlik axtarışıdır. Xüsusən, gənclik dövründə insanlar "mən kiməm?" sualına cavab axtarır. İdmançıya bənzəmək, "qorxmaz və güclü" obrazı yaratmaq bir çox gəncin həm yaşıdları, həm də sosial mühit qarşısında qəbul olunmaq üçün seçdiyi yoldur. Belə ki, qulağın sındırılması xarici görünüşdə sərtlik və "döyüşçü" imici yaradır. Bu isə onlarda bir növ kimlik təsdiqi rolunu oynayır. Başqa bir səbəb kimi sosial şəbəkələri qeyd edə bilərik. Çünki, sosial media müasir gənclərin davranışlarında çox böyük rol oynayır. Bu gün artıq müəyyən davranış və ya görüntü sosial şəbəkədə "trend" olur və gənclər arasında sürətlə yayılır. Qulaq sındırmaq da bir növ "status simvolu" kimi təqdim olunduqda, insanlar onu izləyir və təqlid edirlər. Nəzərə alsaq ki, ödənişli xidmətlərin yaranması bu prosesi kommersiyalaşdıraraq daha geniş yayılmasına səbəb olur".

Psixoloqun sözlərinə görə, başqa bir səbəb özünüifadə və fərqlənmə istəyidir: "Psixoloji olaraq insan sosial mühitdə diqqət çəkmək, unikallığını göstərmək istəyir. Bəziləri üçün bu elm, incəsənət və ya idmanda özünü təsdiq etməklə olur, bəziləri isə daha kəskin yollar seçir. Qulaq sındırmaq ağrılı və riskli olsa da bir qrup gənc üçün "cəsarət" və "fərqlilik" göstəricisi kimi qəbul edilir".

Elnur Rüstəmov bildirib ki, güc və aqressiya da bu səbəblər sırasına daxildir: "Döyüş növləri ilə məşğul olan idmançılarda qulaqların deformasiyası təbii prosesdir. Bu, bir növ "mübarizə keçmiş insan" simvoluna çevrilib. İdmanla heç bir əlaqəsi olmayan gənclər belə həmin simvolu süni şəkildə özündə yaratmaqla "güclü və qorxmaz" obrazı qazanmağa çalışırlar. Ən böyük səbəblərdən biri də psixoloji boşluqlar və özünəinam problemidir. Dolayısı ilə gənclərin daxili psixoloji ehtiyaclarıdır. Özünə inamı zəif, sosial dəstəyi az olan gənclər daha çox belə davranışlara meyl edir. Onlar hesab edirlər ki, xarici görünüşdə sərtlik qazanmaqla daxili boşluqları ört-basdır edə bilərlər".

Psixoloq qeyd edib ki, bu tendensiya, əslində, gənclərin sağlam psixoloji dəstəyə, düzgün rol modellərinə və sosial dəstək mühitinə olan ehtiyacını göstərir:

"Bu gün gənclərin qəbul olunmaq, diqqət çəkmək, güclü görünmək, sosial mediada özünü təsdiqləmək ehtiyacı yüksəkdir. Burada əsas həll yolu cəmiyyət olaraq sağlam dəyərləri təşviq etmək, gənclərə özünüifadə üçün daha yaradıcı və sağlam imkanlar təqdim etməkdir. Əks halda bu cür təhlükəli tendensiyalar yayılmağa davam edəcək" - deyə, o bildirib. //Lent.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Avqust 2025 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri