Icma.az
close
up
RU
Azərbaycanda yeni trend: Pulla qulaq SINDIRANLAR

Azərbaycanda yeni trend: Pulla qulaq SINDIRANLAR

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər Azərbaycanda maraqlı, eyni zamanda narahatedici bir meyl yayılıb.

Lent.az xəbər verir ki, bəzi gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını bilərəkdən zədələtmək dəbə çevrilib. Hətta sosial şəbəkələrdə bu məqsədlə xüsusi səhifələr yaradılıb və "qulaq qırma xidməti" təklif olunur.

Xidmət göstərən şəxslər çəkdikləri videoları paylaşaraq həm “nəticəni nümayiş etdirir”, həm də yeni müştərilər toplamağa çalışırlar. Qiymətlər isə gənclər üçün əlçatan hesab edilir.

Lent.az-ın əməkdaşı bu "xidmət"i göstərənlərlə əlaqə saxlayıb. Bildiriblər ki, bir qulağın qırılması 70 manata başa gəlir.

Məsələylə bağlı Lent.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, insanın öz taleyiylə, səhhətiylə bağlı məsələlər onun öz qərarına bağlıdır:

“Lakin bir şeyi nəzərə almaq lazımdır ki, əgər bunlar ictimai təhlükə yaradırsa, buna dövlət də müdaxilə etməlidir. Bu işi görən adamların lisenziyası varmı? Onlar ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, lisenziyasız hər hansı bir tibbi fəaliyyət qadağan edilməli və bununla bağlı təqiblər olmalıdır. Heç bir travma orqanizmə təsirsiz ötüşmür. Qulaq qırılanda seyvanı zədələnir və bu da özəlliklə yaşlananda insanın eşitməsinə təsir edir".

Psixoloq Elnur Rüstəmov bildirib ki, “idmançı görünüşü” üçün qulaq sındırma tendensiyası, əslində, narahatedici sosial-psixoloji problemdir:

“Gənclər arasında bu cür davranış əslində bir çox səbəblərdən qaynaqlnır. Səbəblərdən biri kimlik axtarışıdır. Xüsusən, gənclik dövründə insanlar “mən kiməm?” sualına cavab axtarır. İdmançıya bənzəmək, “qorxmaz və güclü” obrazı yaratmaq bir çox gəncin həm yaşıdları, həm də sosial mühit qarşısında qəbul olunmaq üçün seçdiyi yoldur. Belə ki, qulağın sındırılması xarici görünüşdə sərtlik və “döyüşçü” imici yaradır. Bu isə onlarda bir növ kimlik təsdiqi rolunu oynayır. Başqa bir səbəb kimi sosial şəbəkələri qeyd edə bilərik. Çünki, sosial media müasir gənclərin davranışlarında çox böyük rol oynayır. Bu gün artıq müəyyən davranış və ya görüntü sosial şəbəkədə “trend” olur və gənclər arasında sürətlə yayılır. Qulaq sındırmaq da bir növ “status simvolu” kimi təqdim olunduqda, insanlar onu izləyir və təqlid edirlər. Nəzərə alsaq ki, ödənişli xidmətlərin yaranması bu prosesi kommersiyalaşdıraraq daha geniş yayılmasına səbəb olur”.

Psixoloqun sözlərinə görə, başqa bir səbəb özünüifadə və fərqlənmə istəyidir:

“Psixoloji olaraq insan sosial mühitdə diqqət çəkmək, unikallığını göstərmək istəyir. Bəziləri üçün bu elm, incəsənət və ya idmanda özünü təsdiq etməklə olur, bəziləri isə daha kəskin yollar seçir. Qulaq sındırmaq ağrılı və riskli olsa da bir qrup gənc üçün “cəsarət” və “fərqlilik” göstəricisi kimi qəbul edilir”.

Elnur Rüstəmov bildirib ki, güc və aqressiya da bu səbəblər sırasına daxildir:

“Döyüş növləri ilə məşğul olan idmançılarda qulaqların deformasiyası təbii prosesdir. Bu, bir növ “mübarizə keçmiş insan” simvoluna çevrilib. İdmanla heç bir əlaqəsi olmayan gənclər belə həmin simvolu süni şəkildə özündə yaratmaqla “güclü və qorxmaz” obrazı qazanmağa çalışırlar. Ən böyük səbəblərdən biri də psixoloji boşluqlar və özünəinam problemidir. Dolayısı ilə gənclərin daxili psixoloji ehtiyaclarıdır. Özünə inamı zəif, sosial dəstəyi az olan gənclər daha çox belə davranışlara meyl edir. Onlar hesab edirlər ki, xarici görünüşdə sərtlik qazanmaqla daxili boşluqları ört-basdır edə bilərlər”.

Psixoloq qeyd edib ki, bu tendensiya, əslində, gənclərin sağlam psixoloji dəstəyə, düzgün rol modellərinə və sosial dəstək mühitinə olan ehtiyacını göstərir:

“Bu gün gənclərin qəbul olunmaq, diqqət çəkmək, güclü görünmək, sosial mediada özünü təsdiqləmək ehtiyacı yüksəkdir. Burada əsas həll yolu cəmiyyət olaraq sağlam dəyərləri təşviq etmək, gənclərə özünüifadə üçün daha yaradıcı və sağlam imkanlar təqdim etməkdir. Əks halda bu cür təhlükəli tendensiyalar yayılmağa davam edəcək” – deyə, o bildirib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see297

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see292

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see287

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see269

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see248

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see215

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see205

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see194

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see192

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see187

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see172

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see170

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see170

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see163

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see161

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see160

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see157

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see156

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri