Icma.az
close
up
RU
Azərbaycanda qadın təhsilinin qaranquşu

Azərbaycanda qadın təhsilinin qaranquşu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

124 il əvvəl bu gün Bakıda Şərqin ilk sivil qızlar məktəbi açılmışdı

1901-ci il oktyabrın 7-də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi qapılarını cəmiyyətin üzünə açdı. Bu hadisə, ilk növbədə, bir təhsil müəssisəsinin yaranması kimi qəbul edilsə də, əsl mənasında bir xalqın düşüncə tərzinin dəyişməsinə, qadının cəmiyyətdə yerinin tanınmasına doğru atılmış ilk addım idi.

Tağıyev o dövrün bu sahədə ən böyük stereotiplərindən birini sındırdı. Qızların təhsil almasının “lüzumsuz” iş sayıldığı bir zamanda məktəbin binasının tikintisindən tutmuş, müəllimlərin Avropadan gətirilməsinə qədər hər detalı nəzərə alan böyük bir iş başlatdı.

İllər keçdikcə “Tağıyevin məktəbi” adı ilə tanınan bu təhsil ocağı maarifçiliyin real bünövrəsi kimi tarixə düşdü. Tağıyevin təşəbbüsü təhsilin gücünün nəyə qadir olduğunu onun sosial bərabərlik vasitəsinə çevrildiyi zaman ortaya çıxdığını sübut etdi. Onun ilk məzunları – Rəhilə Hacıbababəyova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Liza Muxtarova, Nazlı Tahirova və digərləri Azərbaycan qadınının ictimai və siyasi həyatda fəal rol oynamasının da təməlini qoydular.

Sonradan qızların təhsili ailə münasibətlərində, uşaq tərbiyəsində, ictimai həyatda və milli düşüncədə böyük dəyişiklik yaratdı. Bu məktəbin məzunları tariximiz üçün həlledici məqamlarda Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını müdafiə edən ziyalılara çevrildilər. Yəni bir məktəb, əslində, bir millətin intellektual dirçəlişinin başlanğıcına çevrildi.

Bu gün Zeynalabdin Tağıyevin başlatdığı bu missiya müasir Azərbaycan dövlətinin təhsil və humanitar siyasətində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həm Heydər Əliyev Fondunun prezidenti, həm də Azərbaycanın birinci xanımı kimi – qadın və qızların təhsil imkanlarını genişləndirmək istiqamətindəki çoxşaxəli fəaliyyətində davam etdirilir. Onun təşəbbüsü və xeyir-duası ilə reallaşdırılan “Təhsilə Dəstək” proqramları çərçivəsində ölkənin bütün bölgələrində onlarla yeni məktəb binası, uşaq bağçası və təhsil mərkəzləri inşa olunub və müasir avadanlıqlarla təmin edilib; “Yeniləşən Azərbaycana yeni məktəb” təşəbbüsü ilə kənd və qəsəbələrdə qızların təhsildən kənar qalma riski minimuma endirilib; İstedadlı qızların təqaüd proqramları və beynəlxalq olimpiadalarda iştirakına dəstək verilib; “Azərbaycan gəncliyi xarici ölkələrdə təhsildə” proqramı ilə çoxlu sayda istedadlı qız tələbə dünya universitetlərində təhsil almaq imkanı qazanıb.

Onun beynəlxalq səviyyədə təhsil və qadın hüquqları sahəsində təşəbbüsləri qızların təhsilinə dəstək, mədəni irs və qadınların elmdə iştirakı məsələlərini qlobal müstəviyə çıxarmaqla Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu gücləndirib. Bu missiya həm də keçmişlə bu gün arasında milli özünüdərkin, qadın gücünün və intellektual inkişafın birləşdiyi bir körpüdür.

“Bir qız oxuyarsa, bir ailə işıqlanar; bir xalq maariflənər”. Bu fikri dünən Tağıyevin xeyriyyəçilik fəlsəfəsi, bu gün isə Mehriban Əliyevanın humanizm dəyərlərini yaşadan fəaliyyəti sübut edir. Bu dəyərlər cəmiyyətin bütün təbəqələrini birləşdirən yeni layihələrin və təşəbbüslərin də əsasında dayanır. Əlbəttə ki, yeni əsr yeni yanaşmalar və yeni təşəbbüslər ortaya qoyur.

Düz 120 il sonra, 2021-ci ildən etibarən – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu ideyanın yenidən canlandırılması üçün təsis etdiyimiz “Qızların Təhsilinə Dəstək” layihəsi vasitəsilə regionlarda yaşayan, sosial və iqtisadi səbəblərdən təhsildən uzaqlaşmaq riski ilə qarşılaşan qızları əhatə etməyi hədəflədik...

Bu məqsədlə hazırda qızların orta və ali təhsilə davam etməsi üçün onlara maddi və psixoloji dəstək göstərir, maarifləndirici görüşlər və təlimlər təşkil edir, ilhamverici qadın rollarını tanıtmaqla gənc qızlarda özünəinam formalaşdırmağa çalışırıq. Həmçinin qızların təhsildən uzaq qalmasının əsas səbəblərini – sosial təzyiq, iqtisadi çətinliklər və mənfi stereotiplərin addım-addım aradan qaldırılması üçün səyləri birləşdiririk.

Layihəmizin əsas mesajı aydındır: “Hər qızın oxumaq, öyrənmək və öz taleyini müəyyənləşdirmək haqqı var”. Odur ki, bu 4 il ərzində qızların orta və ali təhsilə davam etməsini təşviq etmək, erkən nikah hallarının qarşısını almaq, valideynlər və yerli icmalar arasında maarifləndirməni gücləndirməklə yüzlərlə ailənin həyatına toxunmağa çalışdıq. Qanunvericiliyin təkmilləşməsi və yeni icra mexanizmlərinin yaradılması üzərində bütün tərəfdaşlarımızla səmərəli əməkdaşlıq qurduq. Nəticədə təhsildən ayrılmaq üzrə olan onlarla qızlar məktəbə qayıdıb, bir çoxu ali təhsil müəssisələrinə daxil olub. Bir qismi bu arzusuna çatmaq üçün hazırlıq kurslarına cəlb olunub. Bu prosesə ilk ildə qatılan onlarla tələbə qız isə məzun olaraq artıq müstəqil həyata qədəm qoyub. Reallaşmasına çox böyük həvəslə çalışdığımız isə “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramımızdır. Bu çərçivədə təhsil alan xanımların sayı bu ilin nəticələri də daxil olmaqla artıq 34 nəfərdir.

Azərbaycan xalqına Zəfər yaşadan igid oğullarımızın xanımları və yadigarlarına layiqli və qürurlu həyat bəxş etmək üçün onların öz ayaqları üzərində möhkəm dayanmasına imkan verəcək təhsil və əmək vərdişləri əldə etmələrinə yardımçı olmaq bizə qürur verir. Bir sözlə, qadının, xüsusilə gənc qızların təhsilinə yatırılan sərmayənin, çəkilən zəhmətin əslində, bütün millətin gələcəyinə qoyulan investisiya olduğuna əminliyi artırmağa çalışırıq. Bu isə bir layihənin icrasından daha böyük hədəfə xidmət edir.

Zeynalabdin Tağıyev cəmiyyətə bir məktəb deyil, bir düşüncə tərzi bəxş etdi. Bu gün dövlət qurumları, vətəndaş cəmiyyəti və fərdi təşəbbüslər həmin ideyanı müasir şəraitdə yenidən həyata keçirir. Hazırkı nəticələrimiz sübut edir ki, qadının ictimai, siyasi, sosial statusu, eləcə də bir fərd olaraq bu günü və gələcəyi üçün ən güclü sosial müdafiəsi təhsildən başlayır. Cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi, insan hüquqlarının təmin edilməsi, inklüzivliyin, davamlı və dayanıqlı inkişafın etibarlı bünövrəsi də təhsildir. Əgər 124 il bundan əvvəl Zeynalabdin Tağıyev bu millətə maarifin qığılcımını bəxş etdisə, indi bu alov minlərlə gənc qızın gözündə, sinif otaqlarında, laboratoriyalarda, universitet auditoriyalarında parlayır.

Bu isə inkişaf və çiçəklənmə naminə xalqın azad ruhunun, qadının iradəsinin ifadəsi və dövlətin onu təmin etmək yolunda sərgilədiyi siyasətin təntənəsidir.

Bahar MURADOVA,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri