Icma.az
close
up
RU
Azərbaycanda astronomiya təhsilinin təşviqi Layihə başa çatdı

Azərbaycanda astronomiya təhsilinin təşviqi Layihə başa çatdı

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi uğurla başa çatdırılıb.

Modern.az xəbər verir ki, layihə Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən icra olunub və müxtəlif yaş qruplarını astronomiyaya cəlb etmək, elmi maarifləndirməni gücləndirmək və ölkə üzrə astro-mədəni mühiti genişləndirmək məqsədi daşıyıb.

Layihə Heydər Əliyev Mərkəzinin qarşısında 1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günündə həsr olunmuş geniş festival çərçivəsində keçirilən astro-düşərgə ilə açılış edib. Burada 1000-dən çox uşaq teleskop müşahidələrinə qoşulub və Günəşin, eləcə də digər səma cisimlərinin müşahidəsi zamanı mütəxəssislərdən elmi izahlar alıb.

Daha sonra Bakı Dövlət Universiteti və tərəfdaş qurumların təşkil etdiyi Yay düşərgəsində “Astronomiya axşamı” keçirilib. İştirakçılar astrofoto sərgisi ilə tanış olub, interaktiv oyunlarda iştirak edib və axşam saatlarında teleskoplarla müşahidələr aparıblar.

Sentyabr ayının 7-də keçirilən Ay tutulmasının canlı müşahidəsi də yüzlərlə sakinin iştirakını təmin edib. Xüsusi quraşdırılmış teleskoplar vasitəsilə tutulmanın bütün mərhələləri nümayiş etdirilib və alimlər tərəfindən elmi-populyar izahlar təqdim olunub.

Layihə çərçivəsində astronomiya üzrə iki mühüm nəşr — “Astronomiya Olimpiadaları: Məsələlər və onların həllləri” və Beynəlxalq Astronomiya İttifaqının “Astronomiyada Əsas Anlayışlar” — kitabları Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Kitabların təqdimat mərasimlərində onların tədris prosesində istifadəsi və Azərbaycan dilində elmi resursların artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Eyni zamanda “Fəza və Zamanın Elçiləri” sənədli filmi zərbaycan dilinə səsləndirilərək ilk dəfə nümayiş etdirilib. Film astronomiyanın əsas anlayışlarını geniş auditoriyaya vizual və əlçatan formada çatdırmaq məqsədi daşıyır.

Layihənin əhatə etdiyi fəaliyyətlərdən biri də Qarabağda keçirilən ilk açıq astronomik müşahidə olub. Şəhər mərkəzində quraşdırılmış teleskoplar vasitəsilə iştirakçılar göy cisimlərini müşahidə edib və bölgədə elmi maarifləndirmənin bərpasına simvolik töhfə verilib.

Ümumilikdə layihə ölkənin müxtəlif regionlarında minlərlə insanı əhatə edərək astronomiya elminin populyarlaşdırılması, gənclərin elmə marağının artırılması və Azərbaycan dilində elmi resursların genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə edib.

Bakı Dövlət Univeristetinin  Astrofizika kafedrasının müdiri Dosent Kəmalə Alışeva layihənin ölkədə astronomiya təhsilinin və elmi maarifləndirmənin gücləndirilməsinə xidmət etdiyini, ölkənin müxtəlif bölgələrində keçirilən açıq müşahidələr, maarifləndirici görüşlər və interaktiv tədbirlər minlərlə uşağı, gənci və ailəni səma ilə yaxından tanış edib, elmə marağı artırmasında kömək etdiyini və layihə çərçivəsində astronomiya üzrə elmi nəşrlərin və audiovizual materialların Azərbaycan dilində hazırlanması yerli dildə keyfiyyətli resursların sayının artmasının müsbət hal olmasın bildirib.

Həvəskar Astronomlar Cəmiyyəti bundan sonra da elmi maarifləndirmə, açıq müşahidə proqramları və tədris resurslarının hazırlanması sahəsində fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri