Icma.az
close
up
RU
Azərbaycanda qadınlar hərbi xidmətə könüllü gedə biləcəklər VACİB AÇIQLAMA KONKRET

Azərbaycanda qadınlar hərbi xidmətə könüllü gedə biləcəklər VACİB AÇIQLAMA KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hazırda Azərbaycanda hərbi xidmət alternativsiz və məcburidir. Vətəndaşlar yaşı çatdıqda mütləq şəkildə hərbi xidmətə çağırılır. Qanunvericiliyə əsasən, ali təhsilli şəxslər üçün xidmət müddəti 12 ay, orta təhsilli şəxslər üçün isə 18 ay təşkil edir. Son dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşı da 30 yaşadək endirilib”.

Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasnda səsləndirib:

“Gələcəkdə Azərbaycanda da Türkiyə modeli tətbiq oluna bilər. Belə ki, xidmət növünü seçmək hüququnun verilməsi, ödənişli hərbi xidmət kimi alternativlərin yaradılması ehtimalı istisna edilmir. Lakin bu məsələlərin reallaşıb-reallaşmayacağı zamanla müəyyən olunacaq.

Bununla belə, artıq bu gün Azərbaycanda hərbi xidmətə könüllü maraq göstərənlər az deyil. Bir çox gənc ordu sıralarında xidmət keçməyi, peşəkar hərbçi olmağı seçir. Müddətdən artıq hərbi xidmət edənlər, gizir və zabit kimi hərbi karyera qurmaq istəyənlər üçün ölkədə hərbi kolleclər və institutlar fəaliyyət göstərir”.

Ekspert bildirir ki, Qarabağ məsələsinin həll olunmasından sonra gənclər arasında hərbi sahəyə maraq daha da artıb.

“Bu, hərbi xidmətin yalnız vətəndaşlıq borcu deyil, həm də gələcək üçün peşə kimi qəbul edilməsinə şərait yaradıb. Hazırda kişi vətəndaşlar bu sahəyə daha çox maraq göstərsə də, qadınların da hərbi xidmətə könüllü olaraq qatılması üçün hüquqi baza formalaşdırılması gözlənilir”

Mütəxəssis vurğulayır ki, yaxın gələcəkdə qadınlara da könüllü əsasda hərbi xidmətə qoşulmaq üçün şərait yaradılacaq. Bununla da orduya cinsindən asılı olmayaraq, peşəkar yanaşması olan vətəndaşların cəlb olunması mümkün olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri