Icma.az
close
up
RU
Azərbaycanda əsgərlərə aylıq maaş veriləcək? VACİB AÇIQLAMA KONKRET

Azərbaycanda əsgərlərə aylıq maaş veriləcək? VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 1-dən etibarən Azərbaycanda həqiqi hərbi xidmətə çağırış həyata keçiriləcək. Hal-hazırda Azərbaycanda həqiqi hərbi xidmətə çağırılan əsgərlər rəsmi maaş almır. Misal üçün, ABŞ-da yeni əsgər ayda təxminən 2,000–2,500 dollar alır. Bəs, həqiqi hərbi xidmət keçən əsgərlərə maaş verilməlidirmi?

Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, çağırışçı əsgərlərə maaş deyil, yalnız gündəlik xırda tələbatlarını ödəmək üçün müəyyən məbləğdə vəsait ayrılır.

Ekspertin sözlərinə görə, sıravi əsgərlərlə müqayisədə çavuş heyəti və müddətdən artıq xidmət edənlər artıq kiçik komandir sayıldıqları üçün məvacib alırlar:

“Əsgərlər işləmirlər ki, maaş alsınlar. Onların yeməyi, geyimi, yataq yeri və digər əsas tələbatları dövlət hesabına qarşılandığından, yalnız şəxsi xırda ehtiyaclar üçün müəyyən məbləğ ödənilir.”

Üzeyir Cəfərov ABŞ və Azərbaycan əsgərlərinin sosial təminatlarını müqayisə etməyin doğru olmadığını qeyd edib:

“Amerika əsgərlərinə həm ölkənin iqtisadi imkanlarına görə, həm də fərqli tələbatları üçün daha böyük vəsait ayrılır. Bizdə isə dövlət bütün əsas təminatı öz üzərinə götürür.”

Ekspert bildirib ki, bir müddət əvvəl əsgərlərə siqaret də dövlət hesabına verilsə də, sağlamlıqla bağlı səbəblərə görə bu praktika dayandırılıb.

Cəfərov həmçinin vurğulayıb ki, hazırda hərbi xidmətə çağırılan əsgərlərin ailə üzvlərinə də dövlət tərəfindən aylıq ödənişlər edilir:

“Miqdarı çox böyük olmasa da, bu, əsgər ailələri üçün müəyyən maddi dəstəkdir. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda da həqiqi hərbi xidmət keçən əsgərlərə daha böyük məbləğdə vəsait ayrılacaq.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:498
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri