Icma.az
close
up
RU
Azərbaycanda qadınlar mətbəxdən perik düşüb NİYƏ?

Azərbaycanda qadınlar mətbəxdən perik düşüb NİYƏ?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu gün Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə "İrəvan xanlığının mətbəxi" kitabının ingilis dili nəşrinin təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızı Azərbaycan mətbəxinin bugünkü vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib.

O bildirib ki, milli mətbəx xalqın yaddaşı və kimliyidir, bu sahəyə münasibətdə məsuliyyətsizlik gələcək nəsillər üçün mədəni boşluq yarada bilər:

“Mətbəx darıxdırıcı və əhəmiyyətsiz sahə deyil. O, millətin ruhudur.  Mətbəxi qadınlar yaradır. Təəssüf ki, bu gün qadınlarımızın çoxu mətbəxə girmir, evdə yemək bişirmir. Halbuki bu, təkcə məişət yox, milli mədəniyyət məsələsidir”.

Telli Pənahqızı vurğulayıb ki, milli mətbəximiz zəngin və unikal irsdir, lakin müasir dövrdə bu irsin unudulması prosesi müşahidə olunur:

“Mətbəximiz yavaş-yavaş sıradan çıxır. Biz artıq həyəcan təbili çalmalıyıq. Bu, təkcə kulinariya deyil, mədəniyyətin mühüm hissəsidir. Hər kəs bu barədə düşünməlidir”.

Maraqlıdır, həqiqətənmi Azərbaycan qadınları mətbəxdən uzaqlaşıb və bunun səbəbləri nələrdir? Bu prosesin qarşısını necə almaq olar? Ümumiyyətlə, gənc nəsildə mətbəxə maraq necədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, müasir dövrdə qadınların mətbəxdən uzaqlaşması sadəcə yemək bişirməmək anlamına gəlmir. 

Onun sözlərinə görə, bu, qadının illərlə daşıdığı və ona aid olmayan “yalnız bişirməlisən” roluna etirazıdır:

“Qadın artıq yalnız süfrə açan yox, həm də çalışan, öyrənən, yaradan və paylaşan bir fərd olaraq görünmək istəyir. Əgər qadın özünə qarşı bu münasibəti hiss etmirsə, yəni etdikləri görünmürsə, əməyinə qiymət verilmirsə, mətbəxdə tək və yorğun qalırsa, onda o, təbii olaraq mətbəxdən uzaqlaşır. 

Çünki bu zaman bişirmək bir zövq yox, yükləyici borc kimi hiss olunur. Amma bununla yanaşı, bu gün sosial şəbəkələrdə çox gözəl bir dəyişiklik müşahidə edirik.  Azərbaycanlı qadınlar öz profillərində səliqə ilə hazırladıqları milli şirniyyatları, yeməkləri paylaşaraq həm zövqlərini, həm də bacarıqlarını ortaya qoyurlar.

Bəziləri bunu hobbi kimi, bəziləri isə artıq kiçik ailə biznesinə çevirərək öz işini qurur. Bu, həm qadının özünüifadə vasitəsidir, həm də mədəniyyətə bağlılıq nümunəsidir”. 

Psixoloq, sosial şəbəkələrdə ailəvi şəkildə yemək bişirən cütlüklərin görüntülərinə də münasibət bildirib:

“Digər tərəfdən, sosial şəbəkələrdə ailəvi şəkildə yemək bişirən cütlüklərin görüntüləri də yayılıb. Ər və arvadın birlikdə mətbəxdə olması, kişinin qadının əməyini dəyərləndirməsi qadına pozitiv emosiyalar yaşadır. Onlar birlikdə yemək bişirir, kişi qadının əməyini qiymətləndirir, “dadı damağımda qaldı”, “sən bişirəndə evin ətri də dəyişir”, “əlinin duzu var” kimi sözlərlə onu tərifləyir. 

Bu cür yanaşmalar qadını gücləndirir, ona “görünürəm, dəyərliyəm” hissini yaşadır. Qadın bişirməyə yox demir. O, zorla etdiklərinə yox deyir. Əgər mətbəx sevgi, paylaşım, hörmətlə dolu bir yerə çevrilərsə, qadın mətbəxdə yenidən çiçəklənər.  Unutmayaq ki, Azərbaycan mətbəxi qədər zəngin olan qadınlarımız da var. Sadəcə, onları dadını itirən məcburiyyətlə deyil, dəyər verilən hisslərlə yanaşmaq lazımdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyul 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri