Icma.az
close
up
RU
Azərbaycanda qəpik pullar dövriyyədən çıxarılır? AÇIQLAMA

Azərbaycanda qəpik pullar dövriyyədən çıxarılır? AÇIQLAMA

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Xəzinədarlıq Departamentinə sikkələrin (metal pulların) zərb edilməsini dayandırması barədə göstəriş verib. ABŞ-nin uzun müddətdir ki, istehsal xərci 2 sentdən çox olan sikkələr çap etdiyini bildirən Tramp bunu böyük israf adlandırıb. ABŞ Xəzinədarlıq Departamentinin məlumatına görə, 2023-cü ildə bir ədəd 1 sentlik sikkənin istehsalı təxminən 2.72 sentə başa gəlib. Ümumilikdə, ABŞ hökuməti hər il təxminən 4 milyarddan çox 1 sentlik sikkə istehsal edir ki, bu da milyonlarla dollar əlavə xərclərə səbəb olur. Bundan əlavə, 5 sentlik (nikel) sikkənin istehsal dəyəri 10 sentə yaxınlaşır, bu da Tramp administrasiyasının xərcləri azaltmaq üçün digər sikkələrlə bağlı da qərarlar verə biləcəyini göstərir.

Qeyd edək ki, bu mövzu Azərbaycanda da aktualdır. Belə ki, ölkəmizdə 20 və 50 qəpiklikdən başqa, bütün qəpikliklərin maya dəyəri onun nominal dəyərindən yüksəkdir.


Sfera.az bildirir ki, bunu statistik məlumatlar da təsdiqləyir:


Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2024-cü ilin ilk 10 ayı (yanvar-oktyabr) ərzində rəsmi ödəniş vasitəsi kimi 168 min 906.5 kiloqram sikkə idxal olunub. Bu idxala çəkilən xərc 2 milyon 513 min ABŞ dolları olub. Nəticədə, 1 qram sikkənin maya dəyəri orta hesabla 1.5 sent (2.55 qəpik) olub. 

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 1 qəpikliyin çəkisi 2.8 qram, 3 qəpikliyin çəkisi 3.45 qram, 5 qəpikliyin çəkisi 4.85 qram, 10 qəpikliyin çəkisi 5.25 qram, 20 qəpikliyin çəkisi 6.6 qram, 50 qəpikliyin çəkisi isə 7.37 qramdır.


Məlumatlara əsasən deyə bilərik ki, 1 qəpiklik təxminən 7.14 qəpiyə, 3 qəpiklik 8.79 qəpiyə, 5 qəpiklik 12.36 qəpiyə, 10 qəpiklik 14.02 qəpiyə, 20 qəpiklik 16.83 qəpiyə, 50 qəpiklik isə 18.79 qəpiyə başa gəlir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qanunlarla bu qəpiklər tədavüldə olmalıdır:

Onun sözlərinə görə, dövriyyədən çıxartmaq üçün qanunlarda dəyişikliklər lazımdır:

“2023-cü ildə 1-3-5 qəpiklik xırda pulların Almaniya və Türkiyədə zərb edilməsinə 7 mln. 108 min dollar, yəni 12 mln. 83 min manat pul xərcləyiblər. Həmin il xaricdə istehsal edilən bütün 1-3-5 qəpiklərin nominal dəyəri isə cəmi 1,5 mln. manat olub. 1, 3, 5 qəpikliklərin dövriyyədə olması indiki inflyasiya, bahalıq, kartla ödənişlərin kəskin artdığı şəraitdə lazımlı deyil”.  
 
Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri