Icma.az
close
up
RU
Kağız pullar dövriyyədən çıxarılır? AÇIQLAMA

Kağız pullar dövriyyədən çıxarılır? AÇIQLAMA

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə kartla və mobil tətbiqlərlə ödənişlər sürətlə yayılıb. İnsanlar alış-verişdə, nəqliyyatda və bir çox sahədə nağdsız üsullara üstünlük verirlər. Bəs görəsən, nağdsız ödənişlərin artması gələcəkdə kağız pulların tamamilə yox olmasına səbəb ola bilər?

İqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, bu, dünyanın bir çox ölkələrində artıq uzun müddətdir tətbiq olunur, amma heç bir halda kağız pulların tamamilə dövriyyədən çıxmasına gətirib çıxara bilmir:

"Avropa ölkələrində nağdsız ödənişlərin istifadəsi çox yüksək səviyyədədir, təqribən 10–20 faiz insan hələ də nağd pullardan istifadə edir. Lakin nağd pulların tamamilə sıradan çıxması müəyyən çətinliklər yarada bilər. Məsələn, yaşlı nəslin böyük bir qismi, o cümlədən Azərbaycanda, smartfonlardan və ya bank kartlarından istifadə edə bilmir və əsasən kağız pullarla hesablaşır".

A.İbrahimovun sözlərinə görə, kağız pullar anonimlik xarakteri daşıyan ödənişlər üçün də vacibdir. Vətəndaş bəzən hansısa alış-veriş zamanı ödənişin harada və necə edildiyinin qeydə alınmasını istəmir:

"Bundan əlavə, internetdən asılılıq və kiberhücumlar da risk yaradır. Məsələn, bank sistemlərinə müdaxilələr baş verə və nəticədə bank əməliyyatları müvəqqəti dayana bilər. Belə hallarda kağız pulların tamamilə ləğvi əlavə problemlərə səbəb ola bilər. Nağdsız ödənişlər nə qədər inkişaf etsə və kütləviləşsə də, kağız pulların tamamilə aradan qaldırılması praktiki və düzgün deyil. Onlar minimum da olsa, ehtiyat (rezerv) vasitəsi kimi qalır və bəzi sahələrdə zəruri rol oynayır. Məsələn, Azərbaycanda orduda əsgərlər kart daşıya bilmədiyi üçün şəxsi xırda ehtiyaclarını ödəmək məqsədilə nağd pullardan istifadə edirlər. Bu baxımdan, kağız pullardan tamamilə imtina etmək nə mümkün, nə də məqsədəuyğundur".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri