Icma.az
close
up
RU
Azərbaycanda qəribə bayram: qeyd edənlər artır Gizli plan ola bilər

Azərbaycanda qəribə bayram: qeyd edənlər artır Gizli plan ola bilər

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə Azərbaycanda “Helloin” (Hallowen) bayramına maraq nəzərəçarpacaq dərəcədə artıb. Payızın son günlərində müxtəlif məkanlarda kostyum gecələri, maskaradlar və tematik tədbirlər təşkil olunur. Xüsusilə gənclər buna can atırlar. Lakin sözügedən tendensiya bəzilərində dini və mədəni dəyərlər baxımından narahatlıq doğurur.

“Helloin” kimi qərb mənşəli bayramların Azərbaycanda genişlənməsi dini baxımdan necə qiymətləndirilir? Bu cür tədbirlərin gənclərin milli-mənəvi dəyərlərə mənfi təsiri varmı?

Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, Qərbdən gələn əlamətdar günlər və bayramların əksəriyyətinin pərdəarxasında başqa niyyətlər var:

Tural İrfan

“Çoxu dini və milli dəyərlərimizi sıradan çıxarmaq xarakteri daşıyır. “Avropa dəyərləri”, “Qərb mədəniyyəti” adı altında çox zaman əxlaqsızlıq və dayazlıq, bayağılıq aşılanır. Dinimizə görə əsas iki bayram var: Qurban və Ramazan. Lakin dini və insani dəyərlərə zidd olmayan milli bayramlara da müsbət yanaşılır. Çünki din ürfü, yəni xalqların milli adət, ənənələrini də rədd etmir. Lakin dinə, mənəvi dəyərlərə, cəmiyyətə yad olan əcaib və qondarma bayramları qəbul etmək mümkün deyil. Gənclərin ehtirasından və çılğınlığından sui-istifadə edən Qərbin bəzi ideoloji institutları müsəlman aləmində gizli səlibçililik təfəkkürü aşılayırlar. Onlar belə məsələlərin mahiyyətini dərk etmir, yalnız şənliyə, fiziki həzzə və zahirə önəm verirlər. Ancaq bayram adı ilə sırınan belə şeylərin altında məkrli niyyətlər, zərərli planlar yatır”.

Psixoloq Zeynəb Əyyubova bildirib ki, “Helloin” bayramına marağın əsas səbəbi gənclərin özünüifadə ehtiyacı, fərqlənmək arzusu və qərb pop mədəniyyətinə inteqrasiya meyli ilə bağlıdır:

Zeynəb Əyyubova

“Maskalanma, fərqli rollara girmək və kollektiv əyləncə formaları bir növ “emosional boşalma” funksiyasını daşıyır. Bu, insan psixikasında müsbət rol oynaya bilər. Lakin bu cür qərb mənşəli bayramların dərin mədəni kökləri milli dəyərlərə uyğun deyil. Bu bayram ölüm və qeyri-adi varlıqlarla bağlı simvollar üzərində qurulub, ona görə də emosional həssas yaxud uşaqlarda qorxu, narahatlıq və mənfi assosiasiyalar yarada bilər. Bundan əlavə, belə bayramların geniş yayılması yerli ənənələrə marağın azalması, milli kimlikdə yadlaşma və mədəni asılılıq risklərini artırır. Gənclərin əylənməyə, özünüifadəyə ehtiyacı təbiidir, amma bunu yerli dəyərlərə əsaslanan, pozitiv və milli ruhlu tədbirlər vasitəsilə də təmin etmək mümkündür. “Helloin” bayramının qeyd edilməsinə mədəni və psixoloji baxımdan ehtiyatla yanaşmağın tərəfdarıyam”.

Xatırladaq ki, hər il oktyabr ayının son bazar günü xüsusilə ABŞ-da “ölülər günü” qeyd olunur. Bəzi miflərə görə bu gün ölülər dünyası ilə canlıların yaşadığı aləmin qapısı açılır və onlar bir günlük yerə enə bilirlər.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri