Azərbaycanda qeyri adi nikahlar: 60 dan sonra evlənən və ərə gedənlərin SAYI
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Media və sosial şəbəkələr bir neçə gündür ki, 67 yaşlı generalın evlənməsini sensasion hadisə kimi müzakirə edir. Söhbət Polis Akademiyasının sabiq rəisi, polis general-mayoru Nazim Əliyevin özündən 34 yaş kiçik xanımla - 33 yaşlı Həcər Mirzəyeva ilə ailə qurmasından gedir.
Əslində isə Azərbaycanda 67 yaşlı vətəndaşın evlənməsi ilk hadisə deyil.
Modern.az-ın araşdırmasına görə, VVADQ idarələrində hər il bu cür nikahlar qeydə alınır. Sadəcə, 67 yaşlı general Nazim Əliyevin tanınmış şəxs olması bu evliliyi cəmiyyətin diqqət mərkəzində saxlayıb.
Bəs Azərbaycanda oxşar evliliklərin rəsmi statistikası nə deyir?
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə yaşı 60-ı ötmüş 840 kişi rəsmi nikaha girib.
459 kişi isə 55-59 yaşlarında evliliyini rəsmiləşdirib.
50-54 yaşında evlənən kişilərin sayı 634 nəfər olub.
Maraqlıdır ki, 2024-cü ildə 60 yaşdan sonra rəsmi nikaha girən kişilərdən 6-sı 30-34 yaşlı, 11-i isə 35-39 yaşlı xanımlarla evləniblər.
55-59 yaşlı 1 kişi isə özündən təxminən 40 yaş kiçik - 18-19 yaşlarında bir xanımla evlənib.
Digər maraqlı hal yaşı 60-dan yuxarı olan qadınların da ərə getməsilə bağlıdır.
Belə ki, 2024-cü ildə Azərbaycanda 358 qadın 60 yaşından sonra rəsmi nikaha girib. Onlardan 307-si öz həmyaşıdına ərə gedib.
60 yaşı ötmüş qadınlardan bəzilərinin özlərindən xeyli cavan kişiyə ərə getməsi isə əsl qeyri-adi hal sayıla bilər.
Belə ki, 2024-cü ildə yaşı 60-ı üstələyən 7 qadın 45-49 yaşlı kişilərə ərə gediblər.
A.Qorxmaz
Baxış sayı:91
Bu xəbər 03 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















