Icma.az
close
up
RU
Azərbaycanda qışda harada dincəlmək olar?

Azərbaycanda qışda harada dincəlmək olar?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Qış mövsümü artıq bir çox ölkələr üçün yalnız soyuq hava deyil, iqtisadi fürsət və turizm cazibəsi deməkdir.

Metbuat.az xəbər verir ki, dünyanın müxtəlif bölgələrində Kanadanın Banff parkından tutmuş İsveçin Kiruna şəhərinə, Yaponiyanın Hokkaydo adasından Gürcüstanın Qudauri xizək mərkəzinə qədər qış ayları turizm mövsümünün zirvəsi sayılır. Bu ölkələrdə xizək sürmə, snoubord, buzda balıq ovu, qış festivalları və spa istirahəti kimi fəaliyyətlər həm yerli, həm də xarici turistləri cəlb edir.

Azərbaycanda isə dağlıq ərazilərin və iqlim müxtəlifliyinin yaratdığı təbii üstünlüklər sayəsində qış turizminin inkişafı üçün geniş potensial mövcuddur. Qusarın “Şahdağ”, Qəbələnin “Tufandağ” və Naxçıvanın “Ağbulaq” mərkəzləri bu potensialın reallaşmasının ilk nümunələridir.

Bəs Azərbaycanda bu imkanlardan necə daha səmərəli istifadə edilə bilər və ölkə qlobal qış turizm xəritəsində öz yerini necə möhkəmləndirə bilər?

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva Kredit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qış turizmi üçün əlverişli təbii şəraitə malik bir sıra dağlıq ərazilər mövcuddur.

Onun sözlərinə görə, xüsusilə Oğuz, Yardımlı, Gədəbəy və Daşkəsən rayonları bu sahədə investisiya və turizmin inkişafı üçün böyük potensiala malikdir.

“Hazırda işğaldan azad edilmiş ərazilər üzrə də qış turizmi fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur. Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə, Kəlbəcər rayonunun müvafiq istiqamətdə imkanları aşkarlanmış, burada İstisu–Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu, Dəmirçidam–Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəli destinasiyalar kimi təklif edilib. Həmçinin Laçın rayonunun Minkənd kəndinin sıldırım dağ ərazilərində də qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbii coğrafi faktorlar burada xizəkçilik mərkəzlərinin rəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla, işğaldan azad edilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına və dayanıqlı məskunlaşmanın təmin edilməsinə dəstək vermə potensialına malikdir.”

DTA-nın mətbuat katibi hesab edir ki, bölgələrdə qış turizm komplekslərinin yaradılması turizmdə mövsümlülüyün aradan qaldırılmasına və davamlı inkişafın təmininə xidmət edir:

“Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir. Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq qış mövsümünün açılışı üçün hazırlıq işləri yekunlaşmaqdadır. Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq 10–15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir.

Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır”.

Bildirilib ki, qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin Yaxın Şərq və Asiya regionlarından turistlər üz tuturlar:

“Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır. İlboyu qış turizminin, həmçinin ölkəmizdə mövcud xizək mərkəzlərinin çoxsaylı beynəlxalq sərgi və tədbirlərdə tanıdılması işi davam etdirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri