Azərbaycanda qiymət artımı sürətlənib Rəsmi proqnozlar nə vəd edir?
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda 2025-ci ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.
"AzPolitika" xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, orta illik inflyasiya göstəricisi yanvar-aprel aylarında olduğu kimi may ayının yekunlarında da 5,6 faiz səviyyəsində qalıb.
Beləliklə, ötən ilin sonunda qeydə alınan 2,2 faizlik orta illik inflyasiya ilə müqayisədə qiymət artımı nəzərəçarpacaq dərəcədə sürətlənib.
Rəsmi proqnozlara əsasən, inflyasiya yaxın illərdə tədricən azalacaq. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, 2026-cı ildə orta illik inflyasiyanın 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz təşkil edəcəyi gözlənilir.
Mərkəzi Bankın bu ilin fevralında açıqladığı son proqnoz da oxşar mənzərə ortaya qoyur. Qurum cari il üzrə inflyasiyanın 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz səviyyəsində olacağını ehtimal edir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 İyun 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















