Bayramqabağı qiymət artımı daha sürətlənib Natiq Cəfərli
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Hazırda əsasən 25–30 adda gündəlik tələbat məhsullarının demək olar ki, hamısında bahalaşma müşahidə olunur. Bu artım təkcə Ramazan ayı ilə əlaqəli deyil”.
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. Ekspertin sözlərinə görə, ərzaq məhsullarının qiymətlərinin kəskin artması, insanları çox narahat edir. Bayramqabağı qiymət artımı daha da sürətlənib. Bu da nəticə etibarı ilə insanların sosial vəziyyətinə ciddi təsir göstərir:
“Azərbaycanda topdan satış bazarında oyunçu sayı azdır. Burada inhisarçılıq meyilləri hiss olunur. Pərakəndə satış bazarı daha liberaldır. Yəni çoxlu sayda oyunçu olsa da topdan satış bazarında kifayət qədər problemlər var. Ölkəyə mal gətirən, istehsal edən oyunçu sayı azdır. Bunun nəticəsində də qiymət artımına səbəb olan əsas məsələlərdən birinə çevrilib. Çünki rəqabət olmadıqda qiymətlər daha sürətlə artır”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 Mart 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















