Icma.az
close
up
RU
Azərbaycanda qorxunc zəlzələ gözləntisi

Azərbaycanda qorxunc zəlzələ gözləntisi

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Seysmoloq: “Biz dünyanın ən seysmik zonalarından birində yerləşirik, ona görə də...”

“Mən əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, 2025-ci ildə, ən azından ilk 6 ayında seysmik və tektonik aktivlik davam edəcək. Biz bunu müşahidə edirik, Xəzər dənizində ardıcıl zəlzələlər baş verir. 3 və bir qədər yuxarı maqnitudalı zəlzələlər müşahidə edilir. Mən dövriliyin davam edəcəyini qeyd etmişdim. Dövrilik bir neçə il əvvəl aktivləşməyə başlayıb”. 

Bunu modern.az-a son dövrlərdə Azərbaycanda və dünyada zəlzələlərin artması ilə bağlı danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.  Onun sözlərinə görə, Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir: “Xəzər dənizi seysmik ocaqlarla zəngin ərazidir. Çünki mürəkkəb geoloji quruluşlar, müxtəlif tektonik qırılmalar və qurşaqları mövcuddur. Nəticə etibarilə Xəzər dənizi aktiv seysmik regiondur. Aktivlik ən çox Xəzərdə büruzə olunur, amma bu o demək deyil ki, Azərbaycanın digər ərazilərində olan aktiv seysmik zonalar sakitdir”. 

Qulam Babayev bildirib ki, 2025-ci ildə aktivlik davam edəcək: “Hiss olunan zəlzələlərin olacağını istisna etmirəm. 4, 4.5 hətta 5 maqnitudalı zəlzələlər ola bilər. Çünki qonşu bölgələr aktivdir, ola bilməz ki, Azərbaycan ərazisi seysmik və tektonik baxımdan sabit istiqamətdə inkişaf etsin. O səbəbdən hiss olunan zəlzələlərin olacağını istisna etmirəm. Dağıdıcı və güclü zəlzələlər isə gözlənilmir. Çünki Azərbaycan ərazisi hüdudlarında yerdəyişmələr digər ərazilərlə müqayisədə intensiv deyil. Məsələn Yunanıstan, İtaliya, İspaniya, Yaponiya, Filippin, İndoneziya misal göstərilə bilər. Bu yaxınlarda Egey dənizində bir neçə ardıcıl zəlzələ baş vermişdi. Yunanıstanın yaxın ərazisi təşvişdə idi. Mən bunu demişdim, dünya miqyasında seysmik və tektonik aktivlik davam edir. Azərbaycanda intensivlik var, amma o ərazilərlə müqayisədə aşağı səviyyədədir. Ona görə də bizdə katastrafik zəlzələ ümumiyyətlə gözlənilmir. Keçmiş zəlzələlərin tarixi zəlzələlərin təhlili, mövcud olan metodlar, stansiyaların nəticələri bunu deməyə əsas verir. Amma hiss olunan zəlzələlər qaçılmazdır”. 

Qulam Babayev

Qeyd edək ki, 2025-ci ildə təbii fəlakətlərin və zəlzələlərin baş verəcəyi barədə müxtəlif proqnozlar mövcuddur, amma bu proqnozların əksəriyyəti elmi əsaslardan daha çox nəzəri və ehtimalı xarakter daşıyır. Bəzi mütəxəssislər, xüsusilə Türkiyədə və ətraf bölgələrdə artan seysmik aktivliyə diqqət çəkərək, 2025-ci ilin zəlzələlər ili ola biləcəyini bildirirlər. Bu fikirlərin bir hissəsi mütəxəssislərin analizlərinə, təbii proseslərin sürətinə və təbii qəzaların baş verəcəyi risklərə əsaslanır.

Yeri gəlmişkən, Türkiyədəki əsrin faciəsi barədə əvvəlcədən xəbərdar edən seysmoloq Frenk Huqerbits Ukrayna, Qafqaz, Krım və Rusiyanın Krasnodar diyarında mümkün zəlzələ haqqında danışıb. Onun sözlərinə görə, təbii fəlakət yaxın vaxtlarda 6-7 maqnitudalı təkanla reallaşa bilər. Huqerbits potensial zəlzələ haqqında narahatedici bəyanatı SSGEOS (Solar System Geometry Survey) konfransında bəyan edib.

Alim seysmik aktivliyi proqnozlaşdırmaq üçün Günəş sistemindəki cisimlərin yerləşməsinin təhlili kimi unikal metodologiyadan istifadə edir. Onun proqnozları artıq gerçəkləşib: o, onminlərlə insanın həlak olduğu Türkiyədəki dağıdıcı zəlzələni və Çindəki son hadisələri dəqiq proqnozlaşdırıb.

Yada salaq ki, son bir ildə dünyada bir neçə güclü zəlzələ baş verib. Yanvarın 1-də Yaponiyanın İşikava prefekturasında 7,6 bal gücündə zəlzələ qeydə alınıb, nəticədə 200-dən çox insan həyatını itirib. Zəlzələdən sonra üç gün ərzində bölgədə 521 yeraltı təkan baş verib. Yanvarın 23-də Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin Aksu rayonunda 7,1 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələdən sonra üç gün ərzində 4 216 yeraltı təkan qeydə alınıb, ən güclüsü isə 5,7 bal olub. 

Yanvarın 23-də Qazaxıstanda 5 bal gücündə zəlzələ qeydə alınıb. Qısa zamanda zəlzələnin episentrində 1 900-dən çox təkan qeydə alınıb. Ümumiyyətlə, 2024-cü ilin yanvar ayında Yaponiyada baş verən zəlzələ sayı əvvəlki üç ildə qeydə alınan zəlzələlərin toplam sayından çox olub. Mütəxəssislər bildirir ki, zəlzələlərin dəqiq proqnozlaşdırılması çətin olduğuna görə seysmik aktiv bölgələrdə yaşayan insanların hər zaman hazırlıqlı olmaları və müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələri vacibdir.

Ənvər Əliyev

Ekoloq-seysmoloq Ənvər Əliyev də mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, zəlzələnin əvvəlcədən proqnozu mümkün deyil: “Son dövrlərdə çox proqnozlar verirlər. Zəlzələnin qabaqcadan xəbər verən adama falçı deyilir. Elmi tədqiqatla məşğul olan adamların zəlzələ haqqında əvvəlcədən nə isə deməyi düzgün deyil. Ümumiyyətlə, Azərbaycanda zəlzələ ilə məşğul olan adam yoxdur”.

Ekpsert qeyd edir ki, Azərbaycan seysmik ərazidə yerləşdiyinə görə zəlzələlərin olması labüddür: “Azərbaycanın ən güclü zəlzələ zonası Böyük Qafqazın cənub yamacı 8-9 ballıq (Şəki-Zaqataladan Şamaxıya qədər), Naxçıvan, Xəzər dənizinin bəzi hissələri 7-8 ballıq, Bakı şəhəri də 7-8 ballıq qiymətləndirlir. Kür-Araz ovalığı 5-6 ballıq , Quba-Xaçmaz zonası da 7-8 ballıqdır. Talış dağları da zəlzələ zonası sayılır. Ümumiyyətlə, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlığının bir hissəsi olmaqla dünyanın üç ən böyük seysmik qurşağının birində yerləşir. Burada zəlzələlərin olması labüddür. Hər gün silkələnmələr olur. Bunlar seysmoloji stansiyalarda qeydə alınır, bəzən də heç almırlar. Təşviş yaratmaq lazım deyil. Sadəcə olaraq yeni  tikililəri, yol infrastrukturunu, yardımçı strukturları qurarkən bir fikir olmalıdır ki, biz dünyanın ən seysmik zonalarından birində yerləşirik. Tikinti işləri də bu istiqamətdə aparılmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Fevral 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri