Azərbaycanda repetitorluq edən müəllim həbs olundu
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Mingəçevirdə repetitorluqla məşğul olan qadın müəllim dələduzluğa görə həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Mingəçevir şəhərində fizika müəllimi işləyən Sevinc Məmmədova (soyad şərtidir - red.) şagirdi Raul Ələkbərlini fizika fənnindən universitetə hazırlaşdırıb. O, Raulun anası Kəmalə Ələkbərovanın imkanlı biri olduğunu bilib və onun pullarını ələ keçirmək qərarı verib. Qadın müəllim bu məqsədlə Kəmalə Ələkbərli ilə danışaraq, guya qardaşının qızıl alverinə şərik axtarmasını deyib. O bildirib ki, qardaşı Azərlə qızıl alveri edərsə, yaxşı pul qazanacaq. O, bu məqsədlə Kəmalədən 20 min və 45 min manat olmaqla ümumilikdə 65 min manat alıb. Hadisədən xeyli vaxt keçsə də, Sevinc nə pulu qaytarıb, nə də Kəmaləni qızıl alverinə cəlb edib.
Zərərçəkmiş məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qadın müəllim saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Sevinc Məmmədova 5 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Baxış sayı:90
Bu xəbər 07 Oktyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















