Icma.az
close
up
RU
Azərbaycanda rəqəmsal keçidin yeni mərhələsi

Azərbaycanda rəqəmsal keçidin yeni mərhələsi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu plan rəqəmsal texnologiyaların müasir iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğu və qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə rəqəmsal inkişafın strateji əhəmiyyəti nəzərə alınaraq hazırlanıb.

Sənəddə qeyd olunur ki, son illərdə Azərbaycan Respublikasında rəqəmsal inkişaf üçün əhəmiyyətli hüquqi və texnoloji baza yaradılıb. “Hökumət buludu”nun istifadəyə verilməsi, “SİMA” biometrik rəqəmsal imzanın uğurlu tətbiqi (4 milyondan artıq istifadəçi) və infrastrukturun inkişafı nəticəsində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumətin İnkişafı İndeksində 2024-cü ildə 9 pillə irəliləyərək 74-cü yerə yüksəlib və “çox yüksək inkişaf etmiş ölkələr” kateqoriyasına daxil olub.

Bildirilir ki, lakin innovasiya əsaslı iqtisadiyyata keçid prosesində başlıca tələblərə əməl etmək zərurəti qalmaqdadır. Qlobal İnnovasiya İndeksində Azərbaycan 94-cü yerdə mövqe tutur. İnnovasiyalar insan kapitalı, tənzimləyici mühit, elmi potensial və dayanıqlı maliyyələşmənin qarşılıqlı vəhdətinə əsaslanan milli ekosistemdə formalaşır.

Bu sahədə əsas maneələr sırasında məlumat idarəçiliyindəki çatışmazlıqlar və məlumat keyfiyyəti problemləri, vençur kapitalı və kraudfandinq kimi innovativ maliyyə alətlərinin hüquqi bazasının olmaması, süni intellektin (Sİ) inkişafı – suveren süni intellekt üçün kritik olan hesablama infrastrukturunun yetərsizliyi, ixtisaslı kadr çatışmazlığı və artan kibertəhlükəsizlik riskləri xüsusi qeyd edilməlidir.

Fəaliyyət planına əsasən, 2026–2028-ci illərdə “vahid məlumat idarəçiliyi” yanaşmasının tətbiqi və məlumatların dövlət orqanları tərəfindən alınmasında “yalnız bir dəfə” prinsipinin reallaşdırılması nəzərdə tutulur. Eyni zamanda, proaktiv dövlət xidmətlərinə keçid təmin ediləcək və bütün xidmətlər “MyGov” və “MyGov Biznes” platformalarının (portal və mobil tətbiqlər) üzərindən göstəriləcək.

Bu dövrdə vençur maliyyələşməsi və kraudfandinq münasibətlərinin hüquqi tənzimlənməsi, “mələk investorlar” institutunun təşviqi, texnoparklarda rezidentlik şərtlərinin sadələşdirilməsi və yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi planlaşdırılır. Qlobal istedadların cəlbi məqsədilə “rəqəmsal səyyah” vizasının tətbiqi, müstəqil mütəxəssislərin hüquqi statusunun müəyyənləşdirilməsi və miqrasiya prosedurlarının sadələşdirilməsi də nəzərdə tutulur.

Bununla yanaşı, İKT, süni intellekt və informasiya təhlükəsizliyi sahələrində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”na tam miqrasiyası, maliyyə xidmətlərinin rəqəmsallaşdırılması həyata keçiriləcək. Elektron ticarət və informasiya təhlükəsizliyi üzrə normativ-hüquqi aktların da tam yenilənməsi planlaşdırılır.

Qeyd edək ki, fəaliyyət planının icrası nəticəsində bir sıra hədəflərə nail olunması da təsbit edilir. Sənəd çərçivəsində Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi və müasir texnologiyaların tətbiqi üçün əlverişli mühitin formalaşdırılması əsas prioritetlər kimi müəyyən edilib.

Bununla yanaşı, proaktiv qaydada göstərilən dövlət elektron xidmətlərinin payının 50 faizə çatdırılması planlaşdırılır. İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının artırılması, rəqəmsal məhsul və xidmətlərin illik ixrac həcminin genişləndirilməsi də əsas hədəflər sırasındadır.

Fəaliyyət planı, eyni zamanda, dövlət idarəetməsinin optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində sistemli islahatların həyata keçirilməsini qarşıya qoyur.

Fəaliyyət Planı ölkədə rəqəmsal idarəetmənin genişləndirilməsi və iqtisadiyyatın rəqəmsal transformasiyasının sürətləndirilməsini əsas məqsədlərdən biri kimi müəyyən edir. Sənəd milli innovasiya ekosisteminin gücləndirilməsini, texnoloji sahibkarlığın inkişafını və müasir texnologiyalar sahəsində insan kapitalının formalaşdırılmasını prioritet istiqamət kimi önə çəkir.

Eyni zamanda, istedadların ölkəyə cəlb edilməsi, qabaqcıl texnoloji infrastrukturun qurulması və kibertəhlükəsizliyin təmin olunması planın əsas hədəfləri sırasındadır. Elmi-tədqiqatların təşviqi və əldə olunan nəticələrin kommersiyalaşdırılmasının sürətləndirilməsi də diqqət mərkəzindədir.

Bununla yanaşı, ölkə üzrə rəqəmsal inkişafın vahid arxitektura əsasında həyata keçirilməsi və müasir texnologiyaların istehsalı ilə tətbiqi sahəsində dövlət dəstəyinin artırılması Fəaliyyət Planının strateji istiqamətlərini təşkil edir.

Elvin ABBASOV,
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2026−2028-ci illər üçün Fəaliyyət Planı” Azərbaycanın rəqəmsal ekosistemini pərakəndə layihələrdən vahid, strateji bir “əməliyyat sistemi”nə keçirir. Ölkəmizdə bu çərçivədə baş verən sürətlənməni şərtləndirən ən mühüm faktor idarəetmə modelinin ən yüksək səviyyədə mərkəzləşməsidir. Rəqəmsal İnkişaf Şurasının yaradılması və onun Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyinə verilməsi rəqəmsallaşmanı sadəcə texniki bir iş olmaqdan çıxarıb, dövlətin iqtisadi, hüquqi və sosial siyasətinin nüvəsinə yerləşdirib. Bu, bürokratik maneələrin aradan qalxmasına və qərarların operativ icrasına birbaşa təsir edən əsas mühərrikdir.

Mövcud bazanın formalaşdırılması üçün tələb olunan fundamental şərtlərdən biri infrastrukturun hazırlığı idi ki, bu məsələ artıq öz həllini tapıb. Ölkənin ən ucqar nöqtələrinə qədər çəkilmiş GPON (optik internet) şəbəkəsi rəqəmsal sürətlənmənin fiziki təməlini təşkil edir. Bu infrastruktur bazası generativ süni intellekt, böyük verilənlər (Big Data) və bulud texnologiyalarının (Cloud computing) effektiv tətbiqi üçün zəruri olan yüksək sürətli məlumat ötürülməsini təmin edir. İnfrastruktur bəhanəsinin ortadan qalxması dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında bütün regionlar üçün bərabər imkanlar yaradır.

Sürətlənməni şərtləndirən digər mühüm baza rəqəmsal mühitdə hüquqi və etik təhlükəsizlik çərçivəsinin qurulmasıdır. Xüsusilə uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı son sərəncamlar göstərir ki, dövlət artıq interneti nəzarətsiz bir sahə kimi deyil, vətəndaşın hüquq və məsuliyyətinin keçərli olduğu sosial məkan kimi görür. Ofisi olmayan qlobal platformalara qarşı yerli subyektlərin (valideynlər, provayderlər) məsuliyyətinin artırılması rəqəmsal keçid dövründə yarana biləcək xaotik risklərin qarşısını alır. Bu hüquqi baza innovasiyaların “vəhşi” deyil, tənzimlənən və təhlükəsiz bir mühitdə inkişafına zəmanət verir.

Nəhayət, bu sürətlənmənin uğurunu şərtləndirən ən vacib amil insan kapitalı və kurikulumların yenilənməsidir. Fəaliyyət Planı çərçivəsində təhsil proqramlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və süni intellekt mövzularının daxil edilməsi gələcək bazanın intellektual təməlini qoyur. Generativ süni intellektdən istifadə yalnız texniki alətlərin alınması demək deyil. Bu, həm də həmin alətləri idarə edə biləcək mütəxəssis ordusunun və bu xidmətləri qəbul edəcək hazırlıqlı vətəndaş cəmiyyətinin yetişdirilməsini tələb edir. Bu kompleks yanaşma Azərbaycanı qlobal rəqəmsal trendlərin, sadəcə izləyicisi deyil, aktiv iştirakçısı halına gətirir.

Musa BAĞIRLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Mart 2026 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see314

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see310

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see247

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see246

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see238

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see236

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see231

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see226

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see222

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see221

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see219

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see217

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see215

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see212

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see212

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see199

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see196

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see194

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri