Azərbaycanda rəqəmsal keçidin hədəfləri
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin iyunun 25-28-də Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 45-ci iclasının “Rəqəmsal dövrdə Asiya transformasiyası: süni intellektin yaratdığı çağırışlar” mövzusuna həsr olunmuş xüsusi sessiyasında videoformatda iştirak edib.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, elektron xidmətlərin və süni intellekt texnologiyalarının tətbiqini genişləndirir. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkədə süni intellekt ekosisteminin inkişafı, innovasiyaların təşviqi, elmi tədqiqatların genişləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanmasını nəzərdə tutur.
T.Budaqov diqqətə çatdırıb ki, süni intellekt və rəqəmsal transformasiya siyasi partiyalar qarşısında da yeni vəzifələr müəyyən edir. Yeni Azərbaycan Partiyası da süni intellektin tətbiqi imkanlarını öyrənir və bu istiqamətdə müzakirələrin genişləndirilməsinə xüsusi önəm verir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 01 İyul 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















