Icma.az
close
up
RU
Azərbaycanda rus dilində təhsil almaq ödənişli ola bilər AÇIQLAMA

Azərbaycanda rus dilində təhsil almaq ödənişli ola bilər AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, ölkəmizdə ali və orta məktəblərdə rus bölmələri fəaliyyət göstərir. Eyni zamanda tədris tamamilə rus dilində aparılan orta məktəblər var. Lakin son dövrlər Azərbaycan-Rusiya münasibətlərindəki soyuqluq və "Rus evi"nin də bağlanması ilə rus dilinin tədrisinin gələcək perspektivləri, Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi və təhsil sistemində milli dəyərlərin qorunması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. 

Yaxın gələcəkdə Azərbaycanda rus dilində tədrisə son qoyula bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov bildirdi ki, Azərbaycanda rus bölməsinin mövcudluğu Rusiya ilə münasibətlərdən asılı deyil və bu, Azərbaycan qanunvericiliyinə əsaslanır:

"Azərbaycan Respublikasında təhsil və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən ali təhsildə rus bölməsinin olması Azərbaycan-Rusiya münasibətləri ilə bağlı deyil. Bu, qanunvericiliyə əsaslanır və bizim Rusiya dövləti ilə münasibətlərimizin nə yerdə olmasından asılı olmayaraq, burada rus bölməsində təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarıdır və onlar da qanunvericiliyə uyğun olaraq təhsil alırlar. Mən düşünmürəm ki, Rusiya ilə münasibətlərimizin yaxşı və pis olmasından asılıdır. Bu dövlətlərarası münasibətlər zaman zaman gərginləşə bilir, daha sonra normal vəziyyətə qayıda bilir, əvvəlkindən daha yaxşı vəziyyətə keçə bilir".

Ekspertin fkrincə, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları dövlət dili olaraq Azərbaycan dilində təhsil almalıdırlar.

"O cümlədən dövlət məktəblərində digər dillərdə təhsil alması isə könüllü və ödənişli əsaslarla olmalıdır. Hazırda biz bunu təşkil edə bilmirik. Ölkədə olan 4252 məktəbdən təqribən 320-də rus bölməsi var. Düşünürəm ki, zamanla artıq bütün ümumtəhsil məktəblərimizdə tədris dövlət hesabına Azərbaycan dilində olacaq. Ümumtəhsil məktəblərimizdə elə şərait yaranacaq ki, ingilis, rus, digər dillərdə təhsil almaq istəyənlər ödənişli əsaslarla həyata keçirə biləcək", - deyə E.Qafarov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Fevral 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri