Icma.az
close
up
RU
Azərbaycanda ödənişli atalıq məzuniyyəti

Azərbaycanda ödənişli atalıq məzuniyyəti

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdı. Bunun əsas səbəbi isə atalıq məzuniyyətinin mövcud qanunvericiliyə görə ödənişsiz olmasıdır. Ödənişli atalıq məzuniyyətinin müddəti dəyişməyəcək və əvvəlki kimi, 14 iş günü olaraq qalacaq. Bu addım ölkədə ailə institutunun möhkəmləndirilməsinə, valideyn məsuliyyətinin isə daha ədalətli bölüşdürülməsinə xidmət edəcək.

Qeyd edək ki, 2009-cu ildə Milli Məclisin sosial siyasət üzrə daimi komitəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarıb. "Hamiləliyə və doğuşa görə məzuniyyətlər"i nəzərdə tutan düzəlişdə qeyd olunub ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilsin. Eyni zamanda, qanun layihəsində hamiləlik dövründə və yaxud doğuşdan sonrakı müddətdə qadının arzusu ilə həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququnun verilməsi də nəzərdə tutulub.

Həmin qanuna düzəlişdə vurğulanır ki, kişilər də atalıq məzuniyyətinə çıxa bilərlər. Amma sadəcə 2 həftəlik bir müddətə, həm də ödənişsiz.

"Bu, ölçülüb-biçilməyən və heç bir tədqiqata söykənməyən təklifdir"

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, qanun məcəlləsinə ediləcək bu dəyişiklik, yəni ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi doğru deyil və o, bunun tam əleyhinədir: "Bu, ölçülüb biçilməyən və heç bir tədqiqata söykənməyən təklifdir. Məlumdur ki, qanuna görə, qadınlar ana olmağa gedərkən kişilər bu müddətdə 14 günlük ödənişsiz məzuniyyət götürə bilərlər. Yeni təklifə görə, bu, ödənişli olacaq. Qadınlar hamiləlik və doğuşa görə müavinət alırlar. Bu, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Təklif olunan layihədə isə bunu işəgötürənin üzərinə qoyurlar. Bu da onsuzda ağır sosial ödəmə yükü altında olan işəgötürənlərə böyük bir zərbə olacaq. İndi heç bir faiz də ondan istifadə etmir. Amma pullu olanda hamı ondan istifadə edəcək. Öncədən bir tədqiqat, araşdırma aparılmadan belə təkliflər verilir və bu kimi qərarlar da sonra işçilərin əleyhinə işləyir".

"Bununla onlar sadəcə iş ahəngini pozmuş olacaqlar"

Sahib Məmmədovun sözlərinə görə, bu, işçi hüquqlarının təmin olunması demək deyil: "İşəgötürənin ödəmə yükünü  artırdıqca onlar da əks tədbirlər görməli olurlar. Ona görə də mən bu layihənin tam əleyhinəyəm. Hansısa beynəlxalq təşkilatlar belə bir təklif verib. Həmin təşkilatın təklifi əsasında müvafiq qurumda layihə hazırlanıb. Tədqiqat, araşdırma aparmadan. Hesab edirəm ki, bu qanun layihəsinə ehtiyac yoxdur. İndiyədək bundan 99 faiz istifadə etmirsə, demək, buna zərurət yoxdur. Bununla onlar sadəcə iş ahəngini pozmuş olacaqlar. Kişilər həyat yoldaşları ana olmağa gedən kimi 14 günlük ödənişli məzuniyyət götürüb oturacaqlar evdə. Yenə məzuniyyət pulunu Dövlət Sosial Müdafiə Fondu ödəyəcəksə, bu, əla. Amma belə deyilsə, yük işəgötürənə düşəcək. Əmək məcəlləsində əlilliyi olan şəxslərə, qadınlara münasibətdə çoxlu güzəşt və imtiyazlar var və onun 90 faizini işəgötürən ödəməlidir. O da nəticədə diskriminasiya yaradır. Reproduktiv qadınları işəgötürənlər çox vaxt işə götürmür ki, onlar tez-tez məzuniyyətə gedirlər. İndi də görəcəklər ki, müraciət edənlər cavan kişilərdir və onları işə götürməyəcəklər ki, sən hər il gəlib bizdən 14 günlük ödənişli məzuniyyət tələb edəcəksən. Ona görə də işçilərin mənafeyi nöqteyi nəzərdən mən bu yeni layihəni səhv, lüzumsuz hesab edirəm".

"Əmək azadlığı indeksində reytinqimiz aşağı düşəcək"

Sahib Məmmədov qeyd edib ki, bu, bizim əmək azadlığı indeksində reytinqimizin aşağı düşməsinə səbəb olacaq. 2009-cu ildə məhz qanunvericilikdəki müddəalara, yəni işəgötürənlərə bu cür maneə yaradan səbəblərə görə geridəydik: "Son bir neçə ildə stabilləşmə müşahidə olunur. Ancaq yenə də çox geriləmişdik. İndi belə qanunların qəbul olunması həm reytinqimizi aşağı salacaq, həm də xarici investorların Azərbaycana gəlişinə ciddi maneə yaradacaq. Çünki onlar baxacaq ki, ölkədə pul qazanmaq olmur. Nə qazansalar, işçilərin sosial öhdəliklərinin yerinə yetirilməsinə xərclənəcək. Bu səbəbdən də kiçik xarici investorların ölkəyə gəlişi məhdudlaşacaq. Mən əminəm ki, layihə təsdiqlənsə, bu, əmək azadlığı indeksindəki reytinqimizə də öz təsirini göstərəcək".

Ailələr üçün sosial dəstək

Sosioloq Rəsul Əzimov deyir ki,  Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilər 14 təqvim gününədək ödənişsiz məzuniyyət götürə bilərlər. Yəni bu hüquq artıq qanunvericilikdə mövcuddur. Lakin yeni layihədə bu məzuniyyətin ödənişli şəkildə müəyyən edilməsi qeyd olunub. Ancaq atalıq məzuniyyəti üçün müəyyən olunacaq 14 günün ödənişinin işəgötürənin öz vəsaiti, yoxsa dövlət sosial sığorta fondu hesabına qarşılanacağı hələ dəqiq məlum deyil. Ancaq yaxşı olar ki, bu vəsait dövlət sosial sığorta fondu tərəfindən ödənilsin. Bu zaman işəgötürənlə işçi arasında heç bir problem yaranmaz.

Sosioloq hesab edir ki, ödənişli atalıq məzuniyyəti ailələr üçün sosial dəstəkdir: "Bu, həmçinin ailədə bərabər valideynlik modelinin formalaşmasına dəstək olacaq". 

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri