Icma.az
close
up
RU
“Azərbaycanda rus dilinə qarşı ümumi siyasət dəyişməlidir...”

“Azərbaycanda rus dilinə qarşı ümumi siyasət dəyişməlidir...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Son vaxtlar bir kampaniya şəklini almışdı və Azərbaycanda rusdilli məktəb və siniflərin kütləvi şəkildə artırılması halları baş verirdi. Belə tendensiya dövlət üçün olduqca böyük bir təhlükədir. Sözsüz ki, bunun qarşısı alınmalıdır...”

“Fikrimcə, Azərbaycanda rus dilinə qarşı ümumi siyasət dəyişməlidir. Birdən-birə inzibati qaydada nələrisə dəyişib baltanı kökündən vurmaq da olmaz.  Təbii ki, dövlət idarələrində dövlət dili olaraq Azərbaycan dili işlənməlidir, özgə dilin işlənməsi həm də qeyri-qanunidir. Məktəblərə gəldikdə isə hər hansı bir vətəndaş istədiyi dildə təhsil ala bilər və buna qadağa qoyulmamalıdır. Ancaq dövlət yalnız Azərbaycan dilində fəaliyyət göstərən məktəbləri  maliyyələşdirməlidir”. 

Bu fikirləri Moderator.az əməkdaşının “Rusiyanın səbəb olduğu məlum təyyarə faciəsindən sonra Azərbaycanda rus dilinin müəyyən dairələrdə hökmranlığını aradan qaldırmaq, rusdilli məktəblərin bağlanması və s. haqda fikirlər səslənir. Buna sizin münasibətiniz necədir?” sualını cavablandırarkən Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov dilə gətirib.

“Ölkədə rus, ingilis, fransız  və s. dillərdə də məktəblər ola bilər. Amma onlar özlərini maliyyələşdirən, özəl məktəblər olmalıdır. Yəni onlar dövlət tərəfindən maliyyələşdirilməməlidir. Və bu keçidi də tədricən etmək lazımdır. Çünki son vaxtlar bir kampaniya şəklini almışdı və Azərbaycanda rusdilli məktəb və siniflərin kütləvi şəkildə artırılması halları baş verirdi. Belə tendensiya dövlət üçün olduqca böyük bir təhlükədir. Sözsüz ki, bunun qarşısı alınmalıdır. Ancaq dediyim kimi, baltanı kökündən vurmaq və bununla Kremlin əlinə bir bəhanə də vermək olmaz. Çünki Ukraynaya hücumun səbəblərindən biri o idi ki, guya Rusiya oradakı rusdilli əhalini Ukrayna hökumətinin təzyiqlərindən müdafiə edirdi.  Yəni bu cür bəhanəni Azərbaycan üçün də vermək olmaz. Lakin dövlət dilinin təbliğini gücləndirmək, dövlət məktəblərinin yalnız Azərbaycan dilində olmasını təmin etmək bu prosesi yumşaq şəkildə həll etməyə imkan verər”, -deyə davamında istiqlalçı depuatat diqqətə çatdırıb.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri