Icma.az
close
up
RU
Rus İcması bəyanat yaydı: Azərbaycanda rus mədəniyyətinə və dilinə hörmət var

Rus İcması bəyanat yaydı: Azərbaycanda rus mədəniyyətinə və dilinə hörmət var

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.

Bu barədə icmanın bəyanatında deyilir.

Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycanəsilli vətəndaşlar – Azərbaycan və Rusiya vətəndaşları həlak olub və xəsarət alıblar.

“Azərbaycanın Rus icması həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz vəzifəli şəxslər tərəfindən hər hansı qanunsuz və qeyri-mütənasib, xüsusilə də insanların ölümünə səbəb olan hərəkətləri qətiyyətlə pisləyirik. Cinayətkarlıqla mübarizə vacib vəzifədir, lakin o, qanun çərçivəsində, hər kəsin hüquq və ləyaqətinə hörmətlə aparılmalıdır. İnsan tələfatına səbəb olan güc tətbiqi hüquqi dövlətdə yolverilməzdir. Yekaterinburqdakı hadisələr fonunda xüsusilə narahatedicidir ki, hakimiyyətin ayrı-ayrı nümayəndələrinin məsuliyyətsiz hərəkətləri səbəbindən müttəfiq və dostluq əlaqələri ilə bağlı olan dövlətlər arasındakı münasibətlər zərər çəkir”, – icma bildirib.

Bəyanatda vurğulanır ki, xüsusilə Rusiyanın tarixi və mədəni əlaqələri olan xalqlara qarşı qəddarlıq və ayrı-seçkiliyin təzahürləri məyusedicidir:

“Biz cinayətkarlıqla mübarizə bəhanəsi ilə etnik qrupların damğalanmasına qəti şəkildə qarşıyıq. Anlayışların dəyişdirilməsi və "etnik cinayətkarlıq" terminindən istifadə bərabərlik və millətlərarası etimadın əsaslarını sarsıdan təhlükəli presedentdir. Azərbaycanda insanlara qarşı belə qəddar davranış təsəvvüredilməzdir. Burada dövlətdən tutmuş cəmiyyətə qədər bütün səviyyələrdə rus mədəniyyətinə və dilinə hörmətlə yanaşılır. Rus məktəbləri, teatrları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Rusdilli vətəndaşlar özlərini cəmiyyətin tam hüquqlu üzvü hiss edirlər. Son ayların hadisələri getdikcə daha narahatedici tendensiya formalaşdırır. Əvvəllər bizi Qazaxıstanın Aktau şəhərində Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması faciəsi sarsıtmışdı. O zaman həm də Azərbaycan vətəndaşları həlak olmuş və xəsarət almışdılar. İndiyədək Rusiyanın rəsmi strukturlarından nə üzrxahlıq, nə də aydın izahat gəlməyib. Belə susqunluq dost dövlətin vətəndaşlarının həyatına və ləyaqətinə etinasızlıq kimi qəbul edilir.

Azərbaycanın Rus icması Yekaterinburqda baş verənlərin obyektiv və şəffaf araşdırılmasına çağırır. Biz əminik ki, aşkarlıq, ədalət və insan həyatına hörmət böhranın aradan qaldırılması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi üçün əsas olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri