Icma.az
close
up
RU
Azərbaycanda əmək sahəsində 41 yeni dövlət standartı qəbul edilib

Azərbaycanda əmək sahəsində 41 yeni dövlət standartı qəbul edilib

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əmək sahəsində 41 yeni dövlət standartı qəbul edilib.

Bu barədə AZSTAND-dan bildirilib.

Məlumata görə, qəbul edilən yeni dövlət standartları aşağıdakılardır:

AZS EN 1497:2025 "Fərdi yıxılmadan mühafizə avadanlıqları - Xilasedici kəmərlər" AZS EN 14126:2025 "Qoruyucu geyim - İnfeksion törədicilərə qarşı qoruyucu geyim üçün texniki səmərəlilik tələbləri və sınaq üsulları" AZS EN 17353:2025 "Qoruyucu geyimlər - Orta riskli vəziyyətlər üçün daha yaxşı görünmə qabiliyyətinə malik avadanlıqlar- Sınaq üsulları və tələblər" AZS ISO 12402 - 2:2025 "Fərdi flotasiya vasitələri — Hissə 2: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 275) — Təhlükəsizliyə dair tələblər" AZS ISO 12402 - 3:2025 "Fərdi flotasiya vasitələri — Hissə 3: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 150) — Təhlükəsizliyə dair tələblər AZS ISO 12402 - 4:2025 "Fərdi flotasiya vasitələri — Hissə 4: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 100) — Təhlükəsizliyə dair tələblər” AZS ISO 12402 - 5:2025 "Fərdi flotasiya vasitələri — Hissə 5: Üzmə qabiliyyətinə malik köməkçi vasitələr (səviyyə 50) — Təhlükəsizliyə dair tələblər" AZS ISO 12402 - 6:2025 "Fərdi flotasiya vasitələri — Hissə 6: Xüsusi təyinatlı xilasedici jiletlər və üzmə qabiliyyətinə malik köməkçi vasitələr — Təhlükəsizliyə dair tələblər və əlavə sınaq üsulları." AZS ISO 12402 - 8:2025 "Fərdi flotasiya vasitələri — Hissə 8: Aksesuarlar — Təhlükəsizliyə dair tələblər və sınaq üsulları" AZS ISO 12402 - 9:2025 "Fərdi flotasiya vasitələri — Hissə 9: Qiymətləndirmə" AZS ISO 13506 - 1:2025 "İstilik və alovdan qoruyucu geyim — Hissə 1: Xüsusi geyimlər üçün sınaq üsulu — Alətlərlə təchiz olunmuş manekendən istifadə edərək ötürülən enerjinin ölçülməsi" AZS ISO 13997:2025 "Qoruyucu geyim — Mexaniki xüsusiyyətlər — İti predmetlərin kəsici təsirinə qarşı müqavimətin təyini" AZS ISO 15831:2025 "Geyim. Fizioloji təsirlər Termomaneken üzərində istilik izolyasiyasının ölçülməsi üsulu" AZS ISO 16321 - 3:2025 "Əmək mühitində istifadə üçün göz və üz qoruyucu vasitələr — Hissə 3: Torlu qoruyucular üzrə əlavə tələblər" AZS ISO 18526-3:2025 "Gözlərin və üzün mühafizəsi – Sınaq üsulları – Hissə 3: Fiziki və mexaniki xassələr" AZS ISO 19918:2025 "Qoruyucu geyim – Kimyəvi maddələrə qarşı mühafizə – Aşağı buxar təzyiqinə malik kimyəvi maddələrin materiallar vasitəsilə kumulyativ nüfuzetməsinin ölçülməsi" AZS ISO 20471:2025 "Yüksək görünmə qabiliyyətinə malik geyimlər – Sınaq üsulları və tələblər" AZS ISO 16321 - 2:2025 "Əmək mühitində istifadə üçün göz və üz qoruyucu vasitələr — Hissə 2: Qaynaq və əlaqəli üsulların tətbiqi zamanı istifadə olunan qoruyucu vasitələrə dair əlavə tələblər" AZS ISO 18640-2:2025 "Yanğınsöndürənlər üçün nəzərdə tutulmuş qoruyucu geyimlər. Fizioloji təsirlər Hissə 2: Yanğınsöndürənlərin geyindiyi qoruyucu geyimlərin yaratdığı fizioloji istilik yükünün təyini" AZS EN 12628:2025 “Dayvinq aksesuarları. Kombinə edilmiş üzmə qabiliyyətinə malik vasitələr və xilasetmə vasitələri. Funksionallıq və təhlükəsizliklə bağlı tələblər, sınaq üsulları” AZS ISO/TS 30431:2025 “İnsan resurslarının idarə olunması — İdarəetmə üzrə göstəricilər toplusu” AZS ISO/TS 30425:2025 “İnsan resurslarının idarəolunması — İşçi qüvvəsinin əlçatanlığı üzrə göstəricilər qrupu” AZS ISO/TS 30411:2025 “İnsan resurslarının idarə olunması. İşə qəbul keyfiyyəti ölçüsü” AZS ISO 24178:2025 “İnsan resurslarının idarə olunması – Təşkilati mədəniyyət üzrə göstəricilər klasteri” AZS ISO 3463:2025 “Kənd və meşə təsərrüfatları üçün traktorlar - Aşmaya qarşı qoruyucu konstruksiyalar (ROPS) - Dinamik sınaq üsulu və qəbul şərtləri” AZS ISO 5006:2025 “Torpaq işləri aparan maşınlar —Operatorun görmə sahəsi — Sınaq üsulu və effektivliyə dair meyarlar” AZS ISO 10819:2025 “Mexaniki vibrasiya və şok. Ələ və qola ötürülən vibrasiya. Əlcəklərin ovucda vibrasiya ötürmə qabiliyyətinin ölçülməsi və qiymətləndirilməsi” AZS ISO 18640-1:2025 “Yanğınsöndürənlər üçün nəzərdə tutulmuş qoruyucu geyimlər. Fizioloji təsirlər. Hissə 1: Tərləyən gövdə strukturundan istifadə olunmaqla istiliyin və nəmin ötürülməsinin birgə ölçülməsi” AZS ASTM E50:2025 “Metalların, filizlərin və əlaqədar materialların kimyəvi analizi üçün cihazlar, reagentlər və təhlükəsizlik məsələləri üzrə Standart Təcrübələr” AZS ISO/TS 30410:2025 “İnsan resurslarının idarə edilməsi — İşə qəbulun təsiri göstəricisi” AZS ISO/TS 30427:2025 “İnsan resurslarının idarı edilməsi – Xərc göstəriciləri klasteri” AZS ISO 30430:2025 “İnsan resurslarının idarə edilməsi — İşə qəbul göstəriciləri klasteri” AZS ISO 13995:2025 “Qoruyucu geyimlər — Mexanik xüsusiyyətlər — Materialların dəlinməyə və dinamik yırtılmasına qarşı davamlılığının təyini üçün sınaq üsulu” AZS ISO/TS 30421:2025 “İnsan resurslarının idarə edilməsi — İşçi dövriyyəsi və işçilərin vəzifədə saxlanması göstəriciləri” AZS ISO/TS 30433:2025 “İnsan resurslarının idarə edilməsi — Varisliyin planlaşdırılması üzrə göstəricilər klasteri” AZS ГОСТ 31581:2025 “Lazer təhlükəsizliyi. Lazer məmulatlarının işlənib-hazırlanması və istismarı zamanı ümumi təhlükəsizlik tələbləri” AZS ISO 11014:2025 “Kimyəvi məhsullar üzrə təhlükəsizlik pasportu – Bölmələrin məzmunu və ardıcıllığı” AZS ISO 23326:2025 “İnsan resurslarının idarə edilməsi – İşçilərin işə bağlılığı – Rəhbər qaydalar” AZS ISO/TR 30406:2025 “İnsan resurslarının idarə edilməsi – Təşkilatlar dayanıqlı məşğulluğun idarə edilməsi” AZS ISO/TS 30407:2025 “İnsan resurslarının idarə edilməsi – Hər işə qəbul üzrə xərclər” AZS ISO/TS 24179:2025 “İnsan resurslarının idarə olunması.Əmək sağlamlığı və təhlükəsizliyi üzrə göstəricilər”

Sözügedən dövlət standartları xilasedici jiletlərin fərqli səviyyələrinə və müxtəlif qoruyucu geyimlərə dair, həmçinin infeksion törədicilər, mexaniki zədələnmələr, kimyəvi təsirlərə qarşı təhlükəsizlik tələblərini, eləcə də insan resurslarının idarəedilməsinə dair göstəricilərə olan tələbləri müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd iş mühitində yarana biləcək təhlükələr barədə işçi heyətin məlumatlılığının artırılması, işçilərin fiziki və psixoloji rifahının təmin edilməsi, insan həyatına və sağlamlığına mənfi təsir göstərən risklərin azaldılmasıdır.

Qeyd edək ki, yeni dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus əsasında qəbul olunub və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri