Icma.az
close
up
RU
Azərbaycanda şəkər xəstəliyi ən çox bu yaşlarda rast gəlinir STATİSTİKA

Azərbaycanda şəkər xəstəliyi ən çox bu yaşlarda rast gəlinir STATİSTİKA

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

1990-cı ildən bəri 1 və ya 2 tip diabetdən əziyyət çəkən insanların sayı dörd dəfədən çox artaraq 2022-ci ildə 800 milyonu ötüb. bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "The Lancet" elmi jurnalında dərc olunmuş araşdırmasında deyilir.

Məqalədə bildirilir ki, 2022-ci ildə yaşı 18 və yuxarı olan təxminən 828 milyon nəfər şəkərli diabetdən əziyyət çəkir. Bu da 1990-cı ildən bu yana 630 milyon artım deməkdir. Ən böyük artımlar Cənub-Şərqi və Cənubi Asiya, Yaxın Şərq və Şimali Afrika, Latın Amerikası və Karib hövzəsinin aşağı və orta gəlirli ölkələrində müşahidə olunub.

Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, 2022-ci ildə diabetin yayılması hər iki cins üçün Qərbi Avropa və Şərqi Afrikada, qadınlar arasında isə Yaponiya və Kanadada ən aşağı olub.

Müasir dövrümüzün gəncləşən xəstəliklərindən olan şəkərli diabetlə bağlı ilə bağlı Modern.az-ın suallarına Respublika Endokrinoloji Mərkəzin direktoru t.ü.f.d Nərmin İsmayılova aydınlıq gətirib.

O qeyd edib ki, diabet xəstəliyinin əsas simptomları susuzluq, halsızlıq, yorğunluq, tez-tez sidiyə getmək, şirniyyata meyllilik, ayaqlarda ağrı, keyimə, yanma, birinci tip şəkərli diabetlərdə çəkinin azalması, ikinci tip şəkərli diabetlərdə bəzi hallarda çəkinin artmasıdır.

"Bəzən birinci tip şəkərli diabet simptomsuz olur. Bu da xəstəliyin diaqnozunun gec qoyulmasına və nəticədə ağır fəsadlara gətirib çıxarır", - Nərmin İsmayılova bildirib.

Həkimin sözlərinə görə, diabet xəstəliyinə 40 yaş üzəri insanlarda daha çox rast gəlinir: "Birinci tip şəkərli diabet mədəaltı vəzdə insulin sekresiyasının tam çatışmazlığı nəticəsində yaranır. İkinci tip şəkərli diabetdə isə insulin sekresiyasının qismən və ən əsası, insulinə qarşı toxumaların həssaslığının azalmasıdır".

Direktor xəbərdarlıq edib ki, həkim tərəfindən insulin təyin edilib və xəstə insulindən istifadə etməkdən imtina edirsə, bu, həmin xəstədə şəkərli diabetin dekompensasiyasına və ağırlaşmalarına gətirib çıxarır.

Nərmin İsmayılova hipoqlikemiya və hiperqlikemiyadan da danışıb. O bildirib ki, qan şəkərinin kəskin şəkildə aşağı düşməsi (60 mq/dl-dən aşağı olması) hipoqlikemiya adlanır: "Bu zaman həkim tərəfindən verilən aşağı qan şəkəri müalicə planına əməl edilməli, xəstəyə Diabet məktəbində keçirilən təlimə əsasən karbohidratlar verilməli, qlükoqon iynəsi və ya tabletindən istifadə edilməlidir. Əgər hipoqlikemiya əlamətləri dərinləşərsə, təcili tibbi yardıma zəng etmək lazımdır. Hiperqlikemiya qanda şəkərin miqdarının artmasıdır. Bu halın yaşanmaması üçün qidalanma və fiziki aktivlik planı düzgün təyin olunmalı və buna əməl edilməlidir. Həkim-endokrinoloq tərəfindən təyin edilən insulin və dərmanlar da göstərişlərə uyğun olaraq qəbul olunmalıdır".

Bəs Azərbaycanda nə qədər şəkər xəstəsi var və ən çox hansı yaş qruplarında rast gəlinir?

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə Azərbaycanda şəkər xəstələrinin sayı aşağıdakı kimi olub:

0-13 yaş

14-17 yaş

18-29 yaş

30 və yuxarı yaş

İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı -cəmi, nəfər

325

121

409

29645

Kişilər

165

59

182

12739

Qadınlar

160

62

227

16906

Tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı- cəmi, nəfər (ilin sonuna)

1403

1516

8594

373666

Kişilər

712

744

4260

166648

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri