Azərbaycanda sərnişinlər üçün YENİLİK! Qatar üçün ödəniş belə ediləcək
Icma.az, Yenisabah saytına istinadən bildirir.
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC və "AzInTelecom" MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında "SİMA Pay" - üztanıma ilə ödəniş sistemi tətbiq olunub. pizza hut
Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.
Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.
Dünyanın qabaqcıl ölkələrinin "Face Pay" təcrübəsinin Azərbaycanda "SİMA Pay" rəqəmsal ekosistemi və "ADY Mobile"ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 15 May 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















