Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində yeni dayanacaq pavilyonu quraşdırılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, pavilyonların quraşdırılması Moskva prospektində, "20 Yanvar" dairəsindən "Şamaxinka" adlanan əraziyə gedən yolda yerləşən cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil olunmaqla dörd pavilyon quraşdırılır. pizza hut
Eyni zamanda, "Şamaxinka" adlanan ərazidə metronun "20 Yanvar" stansiyası istiqamətində sərnişin axınının artması nəzərə alınaraq mövcud iki dayanacaq pavilyonunun yanında daha bir pavilyonun quraşdırılmasına başlanılıb.
Beləliklə, vətəndaşların rahatlığı üçün Moskva prospektində ümumilikdə altı yeni müasir dayanacaq təşkil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Sentyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















