Icma.az
close
up
RU
Azərbaycanda silsilə qətllər törədən dəstə başçısı: İşgəncə ilə öldürdük, getdik yeyib içməyə

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısı: İşgəncə ilə öldürdük, getdik yeyib içməyə

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Üç nəfərin qətlində, həmçinin oğurluq, quldurluq, sənəd saxtakarlığı və sərhədi qanunsuz keçməyə cəhd də daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirləndirilən Xalid Tağıyevin növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Xalid Tağıyev sərbəst ifadə verib.

İttiham üzrə özünü təqsirli hesab edən müttəhim bildirib ki, həbs olunmazdan əvvəl Ukraynada qardaşının pasportu ilə yaşayıb:

"Orada işləyirdim. Ukraynada qardaşım Yusif Tağıyevə məxsus sənədlərlə yaşayırdım. Azərbaycana qayıdanda da qardaşıma aid sənədlə keçdim. İdris Kərimovu, Eldar Məmmədovu əvvəldən tanıyırdım. Quldurluq üçün girdiyimiz Məmməd Hacıyevin evinə Arif istiqamətləndirmişdi. Pəncərəsiz eyvandan daxil olduq. Evdə olan kişinin əl-qolunu bağladıq. Sonra işgəncə verməyə başladıq. Bədənin bir sıra nahiyələrinə xəsarət yetirdik, öldürdük. Sonra yeyib-içməyə getdik. Yeməkdən sonra Arifi öldürmək istədik ki, birdən cinayəti başqasına deyər. Bir az keçəndən sonra Arif söyüş söydü. Ona görə başladıq Arifi döyməyə. Daha sonra bel ilə Arifə xəsarət yetirdik, işgəncə verdik. Gördük ki, ağzından qan gəlir və can verir. Qonşu Cavanşirin bağında 2 metr dərinliyində məzar qazdıq. Arifi orada basdırdıq. Hadisədən heç kimin xəbəri olmadı. 1999-cu ildə isə "Makarov" tipli tapança ilə Zahidi öldürdüm. Həmin an İsmayıl da atəş açmışdı".

Zərərçəkmişin hüquqi varisi Vahid Vəliyev təqsirləndirilən şəxs Xalid Tağıyevdən qardaşı Zahid Vəliyevi niyə öldürdüyünü soruşduqda onu pula görə öldürdüyünü bildirib. Proses zərərçəkmişin hüquqi varisi Vahid Vəliyevin ifadəsi ilə davam edib.

Vahid Vəliyev hadisədən əvvəl təqsirləndirilən şəxsi tanımadığını qeyd edib.

"Mən əvvəl onu tanımırdım. Hadisə 1999-cu il 11 sentyabrda baş verib. Həmin gün evə gedirdim. Qonşumuz zəng elədi, xəbər verdi. Qardaşımı xəstəxanaya aparırdılar. Mən çatanda artıq gec idi, ölmüşdü. Hadisədən 1 həftə sonra cinayət işi açıldı. Bütün məhkəmə proseslərində iştirak etmişəm. Ümumilikdə 7-8 nəfərlik dəstə idilər. Dəstənin təşkilatçısı Eldar Məmmədov idi. Hətta Eldar onları silahla da təmin edirdi. Eldar özü hadisə yerində olmasa da, planları cızan məhz o olub. Məhkəmədə isə 5 nəfər cəzalandırıldı. İsmayıl Məmmədov və İlham Əzizova ömürlük həbs cəzası verildi. İndi də Xalid Tağıyev üçün ən ağır cəzanın verilməsini tələb edirəm".

Növbəti məhkəmə iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumatda Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunan Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 2025-ci il aprelin 29-da Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70 (qəsdən adam öldürmə) 94.1 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 94.6 (iki və ya daha çox şəxsi öldürmə) 94.7 (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə), 94.8 (başqa cinayəti gizlətmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədilə adam öldürmə), eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə)və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya satma, habelə belə sənədlərdən istifadə etmə) maddələri ilə ittihamlar irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri