Icma.az
close
up
RU
Silsilə qətllər törədən dəstə başçısı: İşgəncə ilə öldürdük, getdik yeyib içməyə

Silsilə qətllər törədən dəstə başçısı: İşgəncə ilə öldürdük, getdik yeyib içməyə

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Üç nəfərin qətlində, həmçinin oğurluq, quldurluq, sənəd saxtakarlığı və sərhədi qanunsuz keçməyə cəhd də daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirləndirilən Xalid Tağıyevin növbəti məhkəmə prosesi keçirilib. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Xalid Tağıyev sərbəst ifadə verib.

İttiham üzrə özünü təqsirli hesab edən müttəhim bildirib ki, həbs olunmazdan əvvəl Ukraynada qardaşının pasportu ilə yaşayıb:

"Orada işləyirdim. Ukraynada qardaşım Yusif Tağıyevə məxsus sənədlərlə yaşayırdım. Azərbaycana qayıdanda da qardaşıma aid sənədlə keçdim. İdris Kərimovu, Eldar Məmmədovu əvvəldən tanıyırdım. Quldurluq üçün girdiyimiz Məmməd Hacıyevin evinə Arif istiqamətləndirmişdi. Pəncərəsiz eyvandan daxil olduq. Evdə olan kişinin əl-qolunu bağladıq.

Sonra işgəncə verməyə başladıq. Bədənin bir sıra nahiyələrinə xəsarət yetirdik, öldürdük. Sonra yeyib-içməyə getdik.

Yeməkdən sonra Arifi öldürmək istədik ki, birdən cinayəti başqasına deyər. Bir az keçəndən sonra Arif söyüş söydü. Ona görə başladıq Arifi döyməyə. Daha sonra bel ilə Arifə xəsarət yetirdik, işgəncə verdik. Gördük ki, ağzından qan gəlir və can verir. Qonşu Cavanşirin bağında 2 metr dərinliyində məzar qazdıq. Arifi orada basdırdıq. Hadisədən heç kimin xəbəri olmadı. 1999-cu ildə isə "Makarov" tipli tapança ilə Zahidi öldürdüm. Həmin an İsmayıl da atəş açmışdı".

Zərərçəkmişin hüquqi varisi Vahid Vəliyev təqsirləndirilən şəxs Xalid Tağıyevdən qardaşı Zahid Vəliyevi niyə öldürdüyünü soruşduqda onu pula görə öldürdüyünü bildirib. Proses zərərçəkmişin hüquqi varisi Vahid Vəliyevin ifadəsi ilə davam edib.

Vahid Vəliyev hadisədən əvvəl təqsirləndirilən şəxsi tanımadığını qeyd edib.

"Mən əvvəl onu tanımırdım. Hadisə 1999-cu il 11 sentyabrda baş verib. Həmin gün evə gedirdim. Qonşumuz zəng elədi, xəbər verdi. Qardaşımı xəstəxanaya aparırdılar. Mən çatanda artıq gec idi, ölmüşdü. Hadisədən 1 həftə sonra cinayət işi açıldı. Bütün məhkəmə proseslərində iştirak etmişəm. Ümumilikdə 7-8 nəfərlik dəstə idilər. Dəstənin təşkilatçısı Eldar Məmmədov idi.

Hətta Eldar onları silahla da təmin edirdi. Eldar özü hadisə yerində olmasa da, planları cızan məhz o olub. Məhkəmədə isə 5 nəfər cəzalandırıldı. İsmayıl Məmmədov və İlham Əzizova ömürlük həbs cəzası verildi. İndi də Xalid Tağıyev üçün ən ağır cəzanın verilməsini tələb edirəm".

Növbəti məhkəmə iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumatda Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunan Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 2025-ci il aprelin 29-da Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70 (qəsdən adam öldürmə) 94.1 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 94.6 (iki və ya daha çox şəxsi öldürmə) 94.7 (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə), 94.8 (başqa cinayəti gizlətmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədilə adam öldürmə), eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə)və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya satma, habelə belə sənədlərdən istifadə etmə) maddələri ilə ittihamlar irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 İyul 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri