Icma.az
close
up
RU
Azərbaycanda şok təklif: nazirlər avtobusdan istifadə etsin, maaşları azaldılsın

Azərbaycanda şok təklif: nazirlər avtobusdan istifadə etsin, maaşları azaldılsın

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avtobus və metroda gediş haqqının artırılmasından sonra insanlar arasında maraqlı təkliflər səslənir. Bəziləri hesab edirlər ki, nazirlər və yüksək vəzifəli məmurlar xalqın gündəlik çətinliklərini anlamaq üçün ictimai nəqliyyatdan istifadə etməli, maaşları isə bu müddətdə müvəqqəti olaraq azaldılmalıdır. İlk baxışdan populist görünən bu ideya cəmiyyətdə ciddi suallar yaradır.
Bu, real ola bilərmi?
Hurriyyet.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas, iqtisadçı Əkrəm Həsənov qeyd edib ki, yüksək vəzifəli məmurların rəsmi maaşdan əlavə qeyri-rəsmi gəlirləri də var:
“Onların yalnız rəsmi əməkhaqqı ilə işləmədikləri hər kəsə məlumdur. Yəni maaşları azaldılsa da, gəlir yerləri qalacaq. Digər tərəfdən, “məmurlar ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər” təklifi praktik baxımdan da real deyil. Çünki təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Düşünürəm ki, əsas problem bu insanların xalqın vəziyyətindən xəbərsiz olması deyil. Əksinə, indiki nazirlərin çoxu vaxtilə xalq arasından çıxmış, ictimai nəqliyyatdan istifadə etmiş şəxslərdir”.
İqtisadçının sözlərinə görə, ölkədə sosial vəziyyətin pisləşməsi daha çox iqtisadi amillərlə bağlıdır:
“Qiymət artımları kiminsə şəxsi istəyindən irəli gəlmir. Dövlətin maliyyə imkanları zəiflədikcə bu, qaçılmaz olur. Bununla belə, vəziyyəti yüngülləşdirmək üçün korrupsiya və inhisarçılığa qarşı ciddi tədbirlər görülməli, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinin qarşısı alınmalıdır. Yalnız bu halda sosial sabitliyə nail olmaq mümkündür”. 
Ağ Partiya sədri Tural Abbaslı deyib ki, bir çox məmur zamanında ictimai nəqliyyat vasitələrindən istifadə edib:
“Hazırda özləri olmasa da, ailə üzvləri, qohumları və dostları arasında bundan yararlananlar var. Yəni vəziyyətlə bağlı onlar vasitəsilə maraqlanmaq mümkündür. Azərbaycanda yaşayıb xalqa bu qədər yad olmaq olmaz. Qiymət artımından sonra əhalinin maddi vəziyyətinin ağırlaşdığı barədə məmurların kifayət qədər məlumatı var. Problem məsuliyyət və bacarıq çatışmazlığındadır. Xalqa xidmət etmək əvəzinə, daha çox vəzifələrini qorumağı düşünürlər, yaxud büdcə və qiymət artımları kimi qərarlarla durumu ağırlaşdırırlar”.
Partiya sədri bildirib ki, məmurlar bir ay ictimai nəqliyyat vasitələrindən istifadə etsələr belə, problem aradan qalxmayacaq:
“Yaxud millətin dərdini anlayan deyillər. Çünki qısa müddətdən sonra yenidən əvvəlki rahatlıqlarına qayıdacaqlar. Doğrudan da xalqın vəziyyətindən xəbərsizdirlərsə, sosial şəbəkələrə, “YouTube” və ya “TikTok” platformalarına baxmaq kifayətdir ki, insanların gündəlik problemlərini görsünlər. Yüksək vəzifələr xalqa xidmət etməyi bacaran, peşəkar insanlara həvalə edilməlidir”.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri