Icma.az
close
up
RU
AZƏRBAYCANDA SON 10 İLİN BAHALAŞMASI... Əhalinin gəliri artan qiymətləri ödəyə bilirmi? + STATİSTİKA

AZƏRBAYCANDA SON 10 İLİN BAHALAŞMASI... Əhalinin gəliri artan qiymətləri ödəyə bilirmi? + STATİSTİKA

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycanda ərzağın və gündəlik tələbat mallarının qiymətində bahalaşma davam edir. Bəzi məhsullar üzrə qiymət artımının sürəti azalsa da, ət, yağ kimi ərzaqlarda kəskin qiymət dəyişikliyi baş verir. Məsələn, son 6 ayda mal ətinin 1 kiloqramı 13-14 manatdan 17 manata qədər artıb, kərə yağlarının qiymətində isə 1-1.5 manat fərq var.

Un və çörək məmulatlarına gəlincə, bu sektorda da qiymət dəyişkənliyi özünü göstərir. Unun topdansatış qiyməti cüzi dəyişib, hazırda 50 kiloqramlıq bir kisə un 26.5-28.2 manata təklif olunur. Çörəyə gəlincə, “zavod” çörəyi adlanan məhsul istehsalçıları çəkini azaldıb, bazara yeni çeşidlər təklif etməklə qiymətləri “səssiz-küysüz” artırmağı bacarıblar. Hazırda mağazalarda bir müəssisənin 10-a yaxın çörək məhsulu satılır ki, onların qiyməti 0.50 qəpikdən 1.20 manata qədər dəyişir. Bu da faktiki qiymətlərin bahalaşdırılması deməkdir.

İlin əvvəli ilə müqayisədə xaricdən idxal edilən, eyni zamanda yerli istehsal məhsulu hesab olunan duru yağlarının satış qiymətində 30-50 qəpiklik artım müşahidə olunur. Hazırda mağaza piştaxtalarında 3.50 manatdan 10-12 manata qədər müxtəlif markalı duru yağlar əldə etmək mümkündür.

Məlumdur ki, Azərbaycanda ərzaq qiymətləri hər il bahalaşır və inflyasiyanın səviyyəsi ikirəqəmli olur, amma rəsmi statistika real vəziyyəti koreksiya edərək göstərir. Eləcə də əhalinin gəlirlərindəki artım rəqəmləri daha qabarıq təqdim olunur. Bəzən isə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər maraq doğurur.

Məsələn, ilin əvvəlində maaşlar, pensiyalar, iyun ayında isə bəzi müavinət və təqaüdlər 10 faiz civarında artırıldı, amma rəsmi statistika qurumu rüblük hesabatlarda əhalinin gəlirlərinin daha çox artdığını göstərir. Belə ki, ikinci rübdə bu rəqəm birinci rüblə müqayisədə 10 faizdir. Amma Dövlət Statistika Komitəsi bu artımların hansı mənbələr hesabına baş verdiyini göstərmir.

2015-2025-ci illərdə qiymətlər necə dəyişib?

Qiymət artımı və vətəndaşların gəlirləri arasında disbalans olub-olmadığını araşdırmaq üçün yaxın 10 ilin mənzərəsinə nəzər salmağa ehtiyac var. Araşdırma apararkən məlum olur ki, son 10 ildə Azərbaycanda əhalinin gündəlik xərcləri və gəlirləri arasında ciddi dəyişikliklər müşahidə olunur. Ərzaq və yanacaq məhsullarının qiymətləri artıb, eyni zamanda əməkhaqqı, pensiya və müavinətlər də yüksəlib. Amma artım səviyyəsi hər sahədə eyni olmayıb.

Məsələn, son 10 ildə bir çox əsas ərzaq məhsullarının qiymətləri təxminən iki dəfə artıb:

* Kərə yağı: 2015-ci ildə 9–12 manat, 2025-ci ildə 16–24 manat;

* Duru yağ (1 litr): 2–4 manatdan 3–12 manata yüksəlib;

* Çörək: 0,25–0,30 manat - 0,50–1,20 manat;

* Qara çay (1 kq): 8–12 manat - 14–18 manat;

* Süd məhsulları: 1–3 manat - 3–5 manat;

* Ət: 8–10 manat - 17–22 manat.

Beləliklə, əsas ərzaq məhsullarının qiymətləri 50–100% arasında artıb.


Yanacaq nə qədər bahalaşıb?

Onillik dövrdə ölkədə yanacağın qiymətləri də əhəmiyyətli şəkildə artıb, amma ərzaq məhsulları ilə müqayisədə nisbətən az:

* Benzin: 0,80–1,00 manat - 1,10–1,50 manat (təxminən 50% artım)

* Dizel: 0,60 manat - 0,90 manat (təxminən 50% artım)

Bu artım xüsusən kənd təsərrüfatı və nəqliyyat xərclərinə təsir göstərir.

Kommunal xidmətlərdə 10 illik fərq

Bundan başqa kommunal xərclər – elektrik, qaz, suyun tarifləri yüksəlib. 2015-ci ildə elektrik enerjisinin əhali üçün tarifləri belə olub:

* 1 kWh (kilovat-saat) elektrik enerjisinin qiyməti 7 qəpik təşkil edirdi. Bu tarif, əhalinin gündəlik istifadə etdiyi elektrik enerjisi üçün tətbiq olunurdu.

* Qeyri-əhali (ticarət və sənaye) üçün tariflər: 1 kWh elektrik enerjisinin qiyməti 7,5 qəpik idi. Bu tariflər kommersiya və sənaye obyektləri üçün nəzərdə tutulmuşdu.

Təbii qaza gəlincə, 2015-ci ildə:

Əhali üçün tariflər:

* İllik istehlak həcmi 1.200 m³-dək olan hissə üçün 1 m³ qazın qiyməti 10 qəpik idi.

* İllik istehlak həcmi 1.200 m³-dən çox olan hissə üçün isə 1 m³ qazın qiyməti 20 qəpik təşkil edirdi.

Qeyri-əhali üçün tariflər:

* Qeyri-əhali istehlakçıları üçün qazın qiyməti 30 qəpik idi.

2015-ci ildə su təchizatı tarifləri isə belə olub:

Əhali üçün:

* Su təchizatı xidmətinin qiyməti 0,15 manat idi. Bu tarif əhalinin gündəlik istifadə etdiyi su üçün tətbiq olunurdu.

Qeyri-əhali üçün tariflər:

* Qeyri-əhali istehlakçıları üçün suyun qiyməti 0,20 manat təşkil edirdi.


İndi isə cari ildəki kommunal tariflərə nəzər yetirək:

2025-ci ilin yanvarın 2-dən qüvvəyə minən yeni elektrik enerjisi tarifləri aşağıdakı kimidir:

Əhali üzrə tariflər:

* 0–200 kVts istehlak üçün: 8,4 qəpik/kVts

* 200–300 kVts istehlak üçün: 10 qəpik/kVts

* 300 kVts-dan çox istehlak üçün: 15 qəpik/kVts

Bu dəyişikliklər əvvəlki tariflərlə müqayisədə müvafiq olaraq 5%, 11,1% və 15,4% artım təşkil edir.

Qeyri-əhali (sənaye və digər) üzrə tariflər:

* Sənaye və kənd təsərrüfatı: 10,6 qəpik/kVts

* Digər qeyri-əhali istehlakçıları: 12,5 qəpik/kVts

Bu tariflər əvvəlki qiymətə nisbətən müvafiq olaraq 6% və 25% artırılıb.

Elektrik doldurma məntəqələri üçün tarif də əlavə olunub: 12,5 qəpik/kVts. Bu tarif əvvəlki qiymətdən 13,6% artım deməkdir.

2025-ci ildə təbii qaz tariflərinə gəldikdə ciddi dəyişikliklər nəzərə çarpır. Belə ki:

* İllik istehlak həcmi 1.200 m³-dək olan hissə üçün: 12,5 qəpik/m³

* 1.200–2.500 m³ arasında olan hissə üçün: 22 qəpik/m³

* 2.500 m³-dən çox olan hissə üçün: 30 qəpik/m³

Qeyri-əhali üzrə tariflər:

* Sənaye və kənd təsərrüfatı sahələri: 24 qəpik/m³

* Digər sahələr: 28,5 qəpik/m³

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi: 18,5 qəpik/m³.

Su təchizatı tarifləri də 10 ildə xeyli dəyişdirilib.

Əhali üzrə tariflər:

* Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu: 0,15 manat/m³

* Digər inzibati ərazi vahidləri: 0,20 manat/m³

Qeyri-əhali üzrə tariflər:

* Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu: 0,20 manat/m³

* Digər inzibati ərazi vahidləri: 0,25 manat/m³

Qeyd edək ki, tullantı sularının axıdılması bura daxil deyil və 5 qəpik müəyyən edilib.

İctimai nəqliyyatda 50 faiz artım

Bu dövrdə paytaxtda ictimai nəqliyyatda – metro və avtobuslarda qiymətlər 50 faizdən çox artıb – 30 qəpikdən 50 qəpiyə, bəzi marşrutlar üzrə daha çox dəyişdirilib. Qeyd edək ki, hazırda aidiyyəti qurumlar ictimai nəqliyyatda gedişhaqlarının artırılması, yeni sistemə keçid barədə müzakirələr aparır. Bu məlumatın ictimaiyyətə ötürülməsi isə cəmiyyəti yeni tariflərə hazırlamaq məqsədi güdür.

Əhalinin gəlirləri necə dəyişib?

Maraqlıdır, bəs 10 illik dövrdə qiymət artımları ilə müqayisədə əhalinin gəlirləri – maaş, pensiya, müavinətlər necə artıb? Araşdırma zamanı müəyyən etdik ki:

* Orta aylıq əməkhaqqı: 2015-ci ildə 450–500 manat olub, 2025-ci ildə təxminən 1 000 manat civarındadır.

* Orta aylıq pensiya 10 il əvvəl 180–220 manat civarında, 2025-ci ilin iyul ayında isə 538,1 manat olub.

* Müavinətlərə gəlincə, əlil və çoxuşaqlı ailələrdə böyüyən uşaqlar, sağlamlıq və sosial proqramlar üzrə yardımlar artırılıb.

Yekunda 10 ildə ərzaq və yanacaq məhsullarının qiyməti 50–100% artıb. Əməkhaqqı isə təxminən iki dəfə yüksəlib, yəni qiymət artımı əməkhaqqı artımını nisbətən kompensasiya edir.

Pensiya artımı isə əhalinin real alıcılıq qabiliyyətini tam əks etdirmir; pensiyaçılar əsas ərzaq və xidmət xərclərində hələ də böyük yük hiss edirlər. Ölkədə sosial müavinət və yardımların artırılması bu qrupu müəyyən qədər dəstəkləsə də, qiymət artımı ilə tam uyğunlaşmır.

Rasim Əliyev

“AzPolitika info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Sentyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see213

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see169

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see167

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see142

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see142

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see139

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see131

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see124

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see124

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see121

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri