Azərbaycanda sosial şəbəkələrin siyahısı hazırlanacaq
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial media platformalarında daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, layihədə göstərildiyi kimi sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək:
“Hesab edirik ki, həmin siyahı tez-tez monitorinq edilməlidir. Texnologiya çox sürətlə inkişaf edir. Bir neçə aydan sonra hansı sualla qarşılaşacağımızı bilmirik. Bu səbəbdən daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 İyun 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















